Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” hamını üzdən tanıyacaq

“Facebook” hamını üzdən tanıyacaq
Sakura

“Facebook” hamını üzdən tanıyacaq

Feysbuk sosial şəbəkəsi üz tanıma texnologiyasını istifadəyə verib.

TED.az xəbər verir ki, Feybuk istifadəçilərə üz tanıma texnologiyasının istifadəsi barədə sorğu göndərib.

Sözügedən sorğu texnologiyanın istifadə qaydasını ehtiva edərək istifadəçilərin yeni texnologiyanı qoşmaq istəyib, istəmədiyiklərini öyrənmək xarakterini daşıyır.

“Üz tanıma texnologiyası fotoşəklinizi və ya videonunuzu təhlil etməyə, görünüşünüzün təkrarsız rəqəmli kodunu ("şablon") hesablamağa imkan verir. Üz tanıma funksiyasını aktivləşdirsəniz, biz sizin üçün yeni şablonu yaradacağıq. Şablonunuzu heç kimə təqdim etmirik. Hesabınız aktiv olduqda onu saxlayacağıq. Üz tanıma rejimini söndürsəniz şablonu siləcəyik. Beləliklə kənar insanlar sizinlə şəkil paylaşdıqda və yaxud şəklinizdən özünkü imiş kimi istifadə etdikdə sistem üz cizgilərinizi tanıyacaq və sizə bu barədə məlumat göndərəcək”, - deyə sorğuda qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR