Dərc edildi: Baxış sayı: 461
“Facebook” əməkdaşları ilin sonunadək evdən işləyəcək
ABŞ-ın “Facebook” şirkəti koronavirus pandemiyası ilə əlaqədar öz əməkdaşlarına 2020-ci ilin sonunadək evdən işləməyə icazə verəcək.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi bildirib.
Qeyd olunur ki, sosial şəbəkə ofislərinin böyük əksəriyyətini iyulun 6-dan etibarən açmağı planlaşdırır. Bununla belə, hansı əməkdaşların ofisdən işləyəcəyi hələlik müəyyənləşdirilməyib.
Şirkətin rəhbəri Mark Zukerberq bir müddət əvvəl bildiribi ki, azı 2021-ci ilin iyulunadək 50 nəfərdən çox əməkdaşın iştirakı ilə toplantılar keçirilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət