Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” artırılmış reallıq eynəyin üzərində işləyir

“Facebook” artırılmış reallıq eynəyin üzərində işləyir
Sakura

“Facebook” şirkəti ilk dəfə olaraq öz artırılmış reallıq eynəyin üzərində iş apardığını təsdiq edib

“Facebook” şirkəti ilk dəfə olaraq öz artırılmış reallıq eynəyi üzərində iş apardığını təsdiq edib. "Bəli! Əlbəttə, biz bu hazırlama üzərində işləyirik" – “Facebook AR” istiqamətinin direktoru Fikus Kirkpatrik Los-Ancelesdə keçirilmiş konfransda deyib.
 
ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, “Facebook”un mühəndislər komandası gələcək artırılmış reallıq qurğusunda tətbiq edilə biləcək qabaqcıl həllərə malikdir.
 
2017-ci ildə “Facebook”un direktoru Mark Zukerberq bildirmişdi ki, gələcəkdə istifadəçilər, məsələn, "ağıllı" eynək və ya kontakt linzalarının köməyi ilə real dünyada istənilən obyektin üzərinə rəqəmli məzmun yerləşdirə biləcək. "Bizə fiziki televizor lazım deyil. 1 dollara TV proqramını satın almaq və divara proyeksiya edib televiziya kanallarını  izləmək mümkün olacaq” – “Facebook”un baş direktoru deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR