Dərc edildi: Baxış sayı: 865
Əyyub Məmmədov " Bəxt üzümə güləndə"
Hörmətlə : Əyyub Məmmədov jurnalist, şair
Bəxt üzümə güləndə
İndi hansı uzaqda,
Arayım tapım səni?
Hansı yoxuşlu yola,
Qoxun aparsın məni?
Nə bir iz qoydun ki,
Getdiyin yer tapıla
Nə bir cığır qoydun ki,
Ruhum sənə sarıla.
Bir bitişik yol idik
Səmtimiz ayrı yana
Bizi kimlər ayırdı?
Qalmışam yana-yana
Sıxıldım mən dalana,
And içmişdin Qurana
Məni atan deyildin,
Deyilən hər yalana.
Adamı birdən-birə,
Atıb gedərlərmi bəs?
Qəm dəryasında boğub,
Vurub gedərlərmi bəs?
Qəlbim sakitlik tapar,
Sən qayıdıb gələndə
Gözümün içi gülər,
Bəxt üzümə güləndə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət