Slimfit
  1. TƏBİƏT

Eyvanda paltar qurutmaq təhlükəlidir

Eyvanda  paltar qurutmaq təhlükəlidir
Sakura

Pəncərədən asılmış paltar filtr rolunu oynayır və atılan zərərli hissəciklər onun üzərində toplanır

Şəhərdəki eyvanlarda  qurudulan paltarlar təmizlik və təravət əldə etmir, əksinə Mendeleyev cədvəlinin zərərverici elementlərini  toplayır.  Ens.az bildirir ki, bunu rusiyalı ekspert,   "Yaşayış sahəsinin ekologiyası"  laboratoriyasının direktoru Anton Yastrebtsev bildirib.

 "Pəncərədən asılmış paltar filtr rolunu oynayır və atılan zərərli hissəciklər onun üzərində  toplanır.  Şəhərdəki adi toz  hissəcikləri  deyil, ağır metallar, his,  əyləc yastıqcıqlarının və şinlərin aşınmasının tozudur.  Bunların hamısı kanserogendirlər ”deyə mügtəxəssis izah edib.

 Ekoloq xəbərdar edir ki,  bu cür maddələrlə uzunmüddətli təmas  şişin əmələ gəlmə riskini artıra bilər.  Yastrebtsev,  sağlamlığa  dərhal təsir göstərməyəcəyini, ancaq bədənə yüklənmənin əhəmiyyətli dərəcədə artacağını vurğulayıb.

 Mütəxəssis, küçədə asılan  paltarların faydalı olması üçün bunu ekoloji cəhətdən təmiz bir ərazidə və ya yaşıl həyətdə etməyinizi məsləhət görür. Yox əgər mənzilin eyvanı canlı bir yola çıxırsa, bu qurutma metodundan imtina etmək daha yaxşıdır.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR