EYOF: Azərbaycanın 6 güləşçisi 1/4 finala yüksəlib
Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) güləş yarışları bu gün başa çatacaq.
"Report"un məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 6-sı artıq 1/4 finala yüksəlib.
Sərbəst güləşçi Kənan Heybətov (51 kq) debütdə ukraynalı rəqibini tam üstünlüklə məğlub edib. Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcüstanlı güləşçi üzərində inamlı qələbə qazanıb. Hacıyev 1/8 finalda isə türkiyəli rəqibini məğlub edib.
Yunan- Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilk cəhddə Norveç təmsilçisini sıradan çıxarıb. Xasay Həsənli (65 kq) 1/8 finalda Yunanıstan idmançısını asanlıqla üstələyib.
Qadınların yarışında Elnurə Məmmədova (53 kq) və Nigar Mirzəzadə (65 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Birgül Soltanova (57 kq) isə 1/8 finalda Rusiya güləşçisinə uduzub.
Sərbəst güləş
51 kq
1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2
1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN)
65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3
1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0
1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE)
Yunan-Roma güləşi
51 kq
1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0
1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU)
65 kq
Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0
1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1
1/4 final - Xasay Həsənli - David Loher (SUİ)
Qadın güləşi
53 kq
1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN) *4:4
1/4 final - Elnurə Məmmədova
57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*
65 kq
1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0
1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət