Dərc edildi: Baxış sayı: 454
EYOF-2019: Qız atletimiz finala çıxdı
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan atleti finala çıxıb.
Oxu.Az xəbər verir ki, qadınların üçtəkanla tullanma yarışında Sabrina Zralova təsnifat mərhələsində 12,23 metr nəticə göstərib.
Onun nəticəsi idmançımızın iyulun 26-da keçiriləcək finalda yarışmasına imkan verib.
Qeyd edək ki, Lamiyə Vəliyeva və Əli Abdıyev 200 metr məsafəyə qaçışda XIV yeri tutub və finala vəsiqə qazana bilməyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət