Slimfit
  1. MARAQLI

Eynşteynin “Allah haqqında məktub”u hərracda 3 milyon dollara satıldı

Eynşteynin “Allah haqqında məktub”u hərracda 3 milyon dollara satıldı
Sakura

Eynşteynin “Allah haqqında məktub”u hərracda 3 milyon dollara satıldı

Albert Eynşteynin ölümündən bir il əvvəl yazdığı “Allah haqqında məktub”u Nyu-Yorkda Christie's auksionunda üç milyon dollara satılıb.

Albert Eynşteynin “Allah haqqında məktub”u Nyu-Yorkda Christie's auksionunda 2,892,500 dollara satılıb”, - auksion evinin Twitter hesabında məlumat verilir. Qeyd olunur ki, lot ilkin olaraq 1,5 milyon dollar miqdarında dəyərləndirilmişdi.

Orijinal zərfdə olan məktubun tarixi 3 yanvar 1954-cü ildir və alman dilində yazılıb, mətndə alimin özü tərəfindən edilmiş bir neçə düzəliş var. İmzada göstərilib: A. Eynşteyn”. Məktub 215x280mm ölçüsündə iki səhifə həcmindədir. O Prinston Universitetində işləmiş yəhudi əsilli alman filosofu Erik Qutkində ünvanlanmışdı. Lota Qutkindin ağ-qara şəkli əlavə olunmuşdu.

Christie's saytına əsasən, Eynşteyn Qutkində onun “Həyatı seç: Qiyama İncil çağırışı” (1952-ci il) kitabını oxuyandan sonra yazmışdı ki, o kitabı da holland riyaziyyatçısı və filosofu Leytzen Brauerin (1881-1966) məsləhəti ilə seçmişdi. Qutkind öz kitabının nümunəsini 1954-cü ildə göndərmişdi.

Auksion evi xəbər verir ki, bu “Eynşteynin Allah, onun yəhudi şəxsiyyəti və insanlığın mənasının əbədi axtarışı haqqında ən məşhur məktubudur”. “Bu fövqəladə səmimi, şəxsi məktub Eynşteynin ölümündən bir il əvvəl yazılıb və onun dini və fəlsəfi baxışlarının daha tam formalaşmış ifadəsidir”, - lotun açıqlamasında deyilir.

“ “Allah” sözü mənim üçün insan zərifliyinin ifadəsi və məhsulu, İncil mötəbər, amma hələ də kifayət qədər primitiv əfsanələr toplusundan başqa heç nə deyil.  Gözəlliyindən asılı olmayaraq, heç bir şərh bu məsələdə mənim üçün heç nəyi dəyişə bilməz”, - məktubun mətnində deyilir.

Qeyd olunur ki, Eynşteyn həmçinin iudaizmi də qəbul edirdi, hərçənd özünü bu dinlə açıq şəkildə təsbit edirdi. “Mən üçün digər dinlər kimi əsl yəhudi dlni primitiv mövhumatın təcəssümüdür”, - alim yazırdı.

Mənbə: Ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR