Slimfit
  1. KİTABLAR

Eynşteyn kimi düşün: görkəmli həyatı

Eynşteyn kimi düşün: görkəmli həyatı
Sakura

Albert Eynşteynin bioqrafiyası

1879 – mart ayının 14-də Ulm adlı alman şəhərində Eynşteynlər yəhudi ailəsində Albert adlı oğlan doğulur.

1880 – Eynşteynlər ailəsi Münhenə köçür, burada Albertin atası və əmini benzin və elektrik avadanlıqlarının ticarəti ilə məşğul olan firma açır.

1881 – Albertin kiçik bacısı Mariya (Maya kimi tanınır) doğulur

1892 – Albert 13 yaşında misva barından keçməkdən imtina edir, bu da onun əcdadlarının dininə qarşı olan ilk açıq qiyamı idi.

1894 – Eynşteynin valideynləri və bacısı İtaliyaya köçür, bunu atasının biznesi tələb edirdi. Albert Münhendə qohumlarının evində qalır və gimnaziyanı davam etdirir, lakin bir ildən sonra attestat almadan valideynlərinin yanına köçür.

1895 – 16 yaşlı Albert Sürixdə yerləşən Ali Politexnik məktəbə daxil olmaq üçün İsveçrəyə gedir, lakin imtahandan keçmir və kantonal məktəbin buraxılış sinfində təhsili davam etdirmək üçün qonşu Arau şəhərinə köçür. Burada o Vintelerlər ailəsində yaşayır. Elə orada ilk elmi işini yazır (dərc olunmayıb).

1896 – Alman vətəndaşlığından imtina edir və nəhayət Sürixdəki Politexnik məktəbə daxil olur. Burada o gələcək həyat yoldaşı Mileva Mariçə rast gəlir.

1889 – İsveçrə vətəndaşlığı üçün müraciət edir

1900 – Sürixdə müəllim diplomu alır. Lakin həmin Politexnik məktəbdə işləməyə nail ola bilmir.

1901 – İlk dəfə öz elmi işini “Annalen der Physik” alman jurnalında dərc etdirir. İsveçrə vətəndaşlığını alır.

1902 – Mileva Mariç nikahdan əvvəl Albertdən Lizerl adlı qızını doğur. Eynşteyn Berndə Federal Patent Bürosunda işə daxil olur.

1903 – Albert və Mileva evlənir. Eynşteyn öz dostları ilə Berndə “Olimpiya Akademiyası” adlı fəlsəfi çevrə formalaşdırır. Lizerl adlı qızı haqqında bütün tarixi xatırlamalar kəsilir. Ola bilsin, o qızını başqasına qızlığa verir.

1904 – Mileva Sans Alberti doğur.

1905 – Annus mirabilis, “möcüzələr ili”: Eynşteyn faktiki fizikanın əsaslarını yenidən yazaraq eyni zamanda dörd fundamental işini yekunlaşdırır. Elə bu il o E=mc2 məşhur formulunu təqdim edir.

1906 – Sürix Universitetində doktorluq dərəcəsi alır.

1907 – Ümumi nisbilik nəzəriyyəsi formulu üzərində fikrini cəmləyir. İş prosesində qravitasiya və ətalətin ekvivalentliyi prinsipini çıxarır.

1908 – Ödənişsiz privat-dosent vəzifəsini alır və Bern Universitetində mühazirə deməyə başlayır.

1909 – Sürix Universitetində ödənişli nəzəri fizikanın qeyri-adi professoru vəzifəsini alır.

1910 – Mileva Eynşteynə Edvard adlı ikinci oğlunu doğur.

1911 – Eynşteyn Praqada Alman Universitetinin fizika kafedrasına başçılıq edir. Brüsseldə kvant fizikasına həsr olunmuş ilk elmi qurultay olan Solveyev konqresində iştirak edir.

1912 – Berlinli əmisi qızı Elza Leventalla eşq macərasına başlayır. Sürixə qayıdır, burada doğma Politexnik məktəbib professoru olur və fizikaya aid mühazirələr deyir. Riyaziyyatçı Marsel Qrossmanla birlikdə Ümumi Nisbilik nəzəriyyəsi üçün hesablamala başlayır.

1913 – Fizik Maks Plank və kimyaçı Valter Nernst Eynşteyni dilə tutub Berlinə çağırır (ona universitetdə professorluq və Pruss Elmlər Akademiyasının üzvlüyünü söz verir) . 1 il sonra bu vəzifələri tutur.

1914 – Eynşteyn Mileva Mariçlə ayrılır iki oğlu ilə və Berlindən Sürixə köçür. Siyasətlə maraqlanır, coşan Birinci Dünya Mübaribəsi fonunda pasifizm ideyalarını yayır.

1915 – Vander de Haasla hiromaqnit effektinin üzərində işləyir. Noyabr ayında Ümumi Nisbilik Nəzəriyyəsinin formulunu yekunlaşdırır, onu Pruss Elmlər Akademiyasında dörd mühazirədə təqdim edir.

1916 – “Ümumi Nisbilik Nəzəriyyəsinin əsasları” başlıqlı elmi işini “Annalen der Physik” jurnalında dərc etdirir. İlin sonunda Eynşteyn “Xüsusi və Ümumi nisbilik nəzəriyyəsi (sadə şərh)” adlı kitabı üzərindəki işini yekunlaşdırır.

1917 – II Kayzer Vilhelm Eynşteyni İmperial fizika-texniki institutunun direktoru təyin edir. Eynşteyn kosmoloji sabitliyin aradan qaldırılması üzrə araşdırmalara başlayır. Daha sonra o bunu “böyük ağılsızlıq” adlandırır.

1918 – İsveçrədə müəllimliyə qayıtmaqdan imtina edir. Birinci Dünya Müharibəsi bitir.

1919 – Fevral ayında Eynşteyn Mileva ilə boşanır, iyunda isə Elza ilə evlənir. May ayında ingilis astronom Stenli Eddinqton günəş tutulmasını müşahidə edərkən Günəşin cazibə mərkəzində işığın sınmasını aşkar edir. Bunu Eynşteyn daha əvvəl demişdi və bu da Ümumi Nisbilik Nəzəriyyəsinin əsas komponentini təsdiqləyir. Eynşteynin şöhrəti çox yüksəklərə qalxır.

1920 – Eynşteyn görkəmli kvant nəzəriyyəçisi Nils Borla tanış olur. Almaniyada olarkən antisemitizmin diqqət mərkəzində olur.

1921 -  ABŞ-a ilk səyahəti zamanı  Haym Veysmanla ( aparıcı sionist və İsrailin gələcək prezidenti) 2 ay birlikdə vaxt keçirir. Səfərlərinin əsas məqsədi – Qüdsdə Yəhudi Universitetinin açılması üçün vəsaitin toplanması idi.

1922 – Nobel  fotoeffekt qanunun ixtirası, həmçinin “nəzəri fizika sahəsində digər işlərinə görə” mükafatı alır (1921-ci il üçün).

1924 – hindli fizik Şatendranat Boze ilə birlikdə Boze kondensatının (laboratoriya şəraitində 1995-ci ildə reallaşması mümkün olan materiya vəziyyəti)mövcudluğunun nəzəri sübutu üzərində işləyir.

1925 – Kvant mexanikasının əsasını təşkil edən Boze statistikasının mövqeyini formalaşdırır. Qüdsdə açılan Yəhudi Universitetinin təsisçilər şurasına daxil olur.

1927 – Yeddinci Solveyev konqresində Nils Borla kvant mexanikasının riyazi modelləri barədə müzakirə aparır.

1928 – Miokard infarktına görə ilin çox hissəsini evdə yataqda keçirir. Onun katibəsi Elen Dyukas olur – o Eynşteynin ömrünün sonuna qədər sadiqli müdafiəçisi olur.

1929 – Potsdamın yaxınlığındakı Kaput kəndində özünün sevimli villasını inşa edir.

1930 – Aktiv olaraq bütün dünyanı tərkisilah olmağa çağırır. ABŞ-a ikinci dəfə səfər edir, orada o Pasadendə Kaliforniya texnoloji universitetini ziyarət edir.

1931 – Avropaya qayıdır, lakin dekabrda yenidən ABŞ-a gedir. Kosmoloji nəzəriyyənin düzgün olmağı nəticəsinə gəlir.

1932 – Dekabrda yenidən ABŞ-a səfər edir, lakin Almaniyaya bir daha qayıdacağını güman etmir.

1933 – Adolf Hitlerin hakimiyyətə gəlməsindən sonra Almaniya ilə bağlı bütün əlaqələrini kəsir. Avropaya qısa müddətlik qayıtsa da (Belçika, İsveçrə və Böyük Britaniyaya səfər edir) yenidən ABŞ-a qayıdır. Burada Perspektivli Tədqiqatlar İnstitutunda (Prinston, Nyu-Cersi ştatı) fizika professoru vəzifəsini əldə edir.

1934 – “Dünya mənim gördüyüm kimi” adlı məqalələr və mühazirələr toplusunu dərc etdirir.

1935 – “Eynşteyn – Podolski – Rozen paradoksu” kimi tanınan zehni eksperimentin izahını dərc edir. Liza ilə birlikdə Prinstonda Merser küçəsi ev 112-ə köçürlər.

1936 – Dekabr ayının 20-də Elza uzun müddətli xəstəlikdən sonra həyatını dəyişir.

1938 – Eynşteyn Leopold İnfeld adlı tələbəsi ilə birlikdə yazdığı “Fizikanın təkamülü” işini dərc edir.

1939 – İkinci Dünya Müharibəsi ərəfəsində bir neçə alim-fiziklə faşist Almaniyasının atom bombası yaratması haqqında ABŞ prezidenti Franklin Ruzveltə göndərilən xəbərdarlığı imzalayır.

1940 – İsveçrə vətəndaşlığını itirmədən ABŞ vətəndaşı olur.

1942 – ABŞ hökuməti atom bombasının yaradılması üzrə “Manhetten layihəsi”nə başlayır. Eynşteyn şəxsi təhlükəsizlik səbəbindən bilavasitə onda iştirak etmir.

1943 – ABŞ Hərbi-dəniz Qüvvələrinin sifarişi ilə xüsusilə güclü partlayıcı maddələrin hazırlanmasında iştirak edir.

1944 – Eynşteynin “Hərəkət edən cisimlərin elektrodinamikasına doğru” adlı əlyazması (1905) auksionda 6 milyon dollara satılır.

1945 – İkinci Dünya Müharibəsinin bitməsi və Hirosimo və Naqasakinin atom bombası ilə bombardman edilməsini eşidəndə məşhur kəlməsini işlədir: “Sülh deyil, mühabirə qalib gəldi”.

1946 – BMT-nin səlahiyyəti ilə dünya parlamentinin yaradılmasını təklif edir. Atom enerjisinin ancaq sülh məqsədləri üçün istifadəsinin tərəfdarı olan alimlərin Fövqəladı Komitəsinə rəhbərlik edir.

1948 – Avqust ayının 4-də Mileva Mariç dünyasını dəyişir. Eynşteynə “aortanın anevrizmi” diaqnozu qoyulur və əməliyyat edilir.

1949 – Eynşteynin üç il əvvəl yazdığı elmi karyerasının icmalı olan “Avtobioqrafik qeydləri” dərc olunur.

1950 – ABŞ-da Eynşteynin publisistik məqalə və mühazirələri “Son illərimdən” (Out of My Later Years”) adı altında dərc olunur.

1951 – İyun ayının 25-də Eynşteynin bacısı Maya dünyasını dəyişir.

1952 – Eynşteyn İsrail prezidenti Haym Veysmanı əvəz etmək təklifini rədd edir.

1955 – Rassel bəyannaməsini imzalayır – Eynşteyn Paquoş sülh, tərkisilah və beynəlxalq təhlükəsizlik hərəkatının əsasını qoyanlardan biri olur.

1955 – Aprel ayının 18-də Prinston hospitalında 76 yaşında vəfat edir.

 

Növbəti hissə: Eynşteyn kimi düşün: həyat sprint deyil, marafondur

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR