Slimfit
  1. SİYASƏT

“Əvvəl 5 rayonu qaytarırdıq, sonra daha 2-sini, növbəti mərhələdə...” – Ermənilərdən AÇIQLAMA

“Əvvəl 5 rayonu qaytarırdıq, sonra daha 2-sini, növbəti mərhələdə...” – Ermənilərdən AÇIQLAMA
Sakura

“Əvvəl 5 rayonu qaytarırdıq, sonra daha 2-sini, növbəti mərhələdə...” – Ermənilərdən AÇIQLAMA

Azərbaycanın işğal altındakı torplaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ respublikasının təhlükəsizlik şurasının baş katibi”, separatçı qoşunlarının keçmiş komandanı Samvel Babayan yeni açıqlama ilə çıxış edib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş səhra komandiri eks-prezident Serj Sarkisyanın mətbuat konfransını tənqid edərək, onun zamanında danışıqlar masasında müzakirə edilən sənədə toxunub:
“Sarkisyanın danışıqlar prosesi ilə bağlı nə dediyindən asılı olmayaraq, əlimizdə aparılan danışıqlar barədə sənədlər var. Həmin sənədlərdə aydın dillə yazılıb ki, əvvəlcə, Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayon, bir müddət sonra daha 2 rayon Azərbaycana qaytarılır. Sonra Laçın dəhlizi  onlara verilir, amma Sarkisyan bunun qarşılığında Dağlıq Qarabağın yekun statusu barədə danışıq aparmayıb. İndi soruşmaq istəriyəm, bu güzəşt deyilsə, yox... bu satqınlıq deyilsə, nədir?”.

Samvel Babayan Serj Sarkisyanı ifşa etmək üçün danışıqlarla bağlı gizli sənədləri üzə çıxara biləcəklərini, amma bunun ölkənin milli maraqlarlına ciddi zərbə olacağını əlavə edib.

  

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR