Slimfit
  1. PSİXOLOGİYA

Evliliyin müsbət və mənfi tərəfləri

Evliliyin müsbət və mənfi tərəfləri
Sakura

Evliliyin müsbət və mənfi tərəfləri

Əgər evlənib evlənməmək məsələsində qərarsız qalmısınızsa, ətrafınızdakı evli dostlarınız ən müxtəlif yollarla sizə bunun necə gözəl hiss olduğunu inandırmağa, öz həyatlarından (çox vaxt xəyallarındakı ailə modelindən) nümunə gətirərək ailə həyatının müsbət tərəflərini sübut etməyə çalışacaqlar. Xəbəriniz olsun ki, onların söylədiyi hər şey heç də həqiqətdən xəbər vermir. Amma buna görə dostlarınızı yalançılıqda günahlandırmaq lazım deyil. Evliliyin müsbət tərəfləri də çoxdur, lakin bu o demək deyil ki, heç bir mənfi tərəfi yoxdur. Bu dəfəki məqaləmizdə biz sizə elə həmin mənfi tərəflər barəsində danışmaq istəyirik.

 

“Xoşbəxt evlilik üçün sevgi kifayətdir”

Əgər evlilikdə xoşbəxtlik axtarırsınızsa, xəbəriniz olsun ki, yalnız sevgi ilə xoşbəxtlik olmur. Qarşınızdakı insanı nə qədər çox sevdiyinizi bildirsəniz də, evlilik ilə birlikdə yaranacaq yeni problemləri və onun bu problelərin öhdəsindən gələcək qədər güclü olub olmadığını əvvəlcədən hesablamalısınız. Yəni evləndiyiniz insanın sizə qarşı olan sevgisi bütün problelərinizi həll etmək üçün kifayət deyil. Bunun üçün həm də o səbirli, dözümlü, anlayışlı olmalıdır

  

“Evlilik sevgini daha da gücləndirir”

Evlilikdə doğru hesab edilən yalnışlardan biri də budur. Çünki evlilikdən sonra tərəflərin bir-birinə və münasibətlərinə qarşı məsuliyyətləri artır. Təəssüflər olsun ki, heç də hər kəs bu məsuliyyəti yaxşı dərk etmir və nəticədə cütlüklərin bir çox problemləri yaranır. Qısacası, evlilik sevgiyə mənfi yöndə də təsir göstərə bilir.

 

“Övlad sahibi olmaq bütün problemləri həll edir”

Evləndikdən sonra müəyyən problemləri yaranan cütlüklər belə hesab edirlər ki, övlad sahibi olmaq onların münasibətini qaydaya salacaq, tərəflərin bir-birinə qarşı olan sevgisini artıracaq. Əslində isə körpə yalnız xoşbəxt olan cütlüklərə müsbət təsir göstərir, onların bir-birinə qarşı olan sevgisini daha da artırır. Münasibətləri yolunda getməyən cütlüklər isə körpənin dünyaya gəlməsi isə çox qısa müddətli sevinc yaşayır, daha sonra isə mübahisələrinə qaldıqları yerdən davam edirlər.

 

“Evlənməzdən əvvəl birlikdə yaşamaq”

Müasir dövrdə bir çox cütlüklər evlənməzdən əvvəl bir-birinə öyrəşmək üçün biryerdə yaşamağa başlayırlar. Amma müşahidələr göstəriri ki, bu üsul heç də həmişə arzuolunan nəticəni vermir. Çünki birlikdə yaşayan insanlar psixoloji olaraq evliliyin nə demək olduğunu anlamadıqları üçün bu məsuliyyəti dərk etmir və çox qısa müddətdə yollarını ayırırlar.

“Evlilik qərarı alan insanların maraq dairələri eyni olmalıdır” 

İnsanlar arasında yayılan yalnış fikirlərdən biri də budur. Əslində isə ailə həyatı qurmaq istəyən insanlar nə qədər fərqli dünyagörüşünə sahib olsalar, bu onların evliliyinə bir o qədər müsbət təsir göstərir. Çünki demək olar ki, bütün məşğuliyyətləri, maraqları eyni olan insanlar bir-birindən daha tez sıxılırlar. Fərqli dünyagörüşünə sahib insanlar isə hər keçən gün qarşı tərəfin sayəsində yeni biliklərə yiyələnirlər.

Buna görə də xoşbəxt ailə həyatı qurmaq istəyirsinizsə, qarşı tərəfdə hər şeydən əvvəl sevgi, sonra isə bir evliliyin ən xırda zərbədən yıxılmaması üçün lazım olan keyfiyyətlər axtarın.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR