Slimfit
  1. MARAQLI

Evlilik yorğunluğuna tutulmamaq üçün nələr edilməlidir?

Evlilik yorğunluğuna tutulmamaq üçün nələr edilməlidir?
Sakura

Evlilik yorğunluğuna tutulmamaq üçün nələr edilməlidir?

Əlinizdəkilərin dəyərini bilin: Sahib olduğumuz bir çox şeyin qiymətini itirdiyimizdə anlarıq. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın dəyərini bilin. Yoldaşınızla ortaq yoldaşlıqlar və dostluqlar qurun. Çox təəssüf ki, bəzi yoldaşlar, etdikləri hər işdə mükəmməl olmaları lazım olduğuna inanar və dolayısilə heç cür özlərini kafi tapmazlar. Bu cür insanlar özləriylə barışıq olmadıqları və özlərindən tutumlarının çox üstündə gözləmələri olduğu üçün evliliklərində də xoşbəxt ola bilməzlər. Həyat düz bir xətt deyil, enişli-yoxuşludur. Müvəffəqiyyət qədər müvəffəqiyyətsizliklərin də təbii olduğunu qəbul etmək lazımdır.

Xoşbəxtliyiniz üçün araya hədəflər qoymayın: Özünüzə ev, avtomobil, uşağımız olunca ya da başqa bir hadisə reallaşınca xoşbəxt olacağıq kimi hədəflər qoymayın. Xoşbəxtlik hədəf deyil, uzun bir səfərdir və hər an yaşanacaq bir duyğudur.

Hər tənqidə qulaq asmayın: Ətrafınızdakı insanların tənqidlərinə və təkliflərinə görə yaşasanız, özünüz üçün yaşaya bilməzsiniz. Buna görə səhvlərinizə deyil, şəxsiyyətinizə istiqamətli tənqidlərə qulaq asmayın.

Səhvlərə həssas olmayın: Heç kim mükəmməl deyil və səhvlər təkrarlanmadıqca görməməzlikdən gəlinməlidir. Gördüyünüz şeyi söyləməsəniz yaddaşınızdan uçub gedər, söyləsəniz yaddaşınızda yer edər. Bu səbəblə hər mənfiliyi sözlərə tökməmək lazımdır. Beləcə həm tez unudarsınız, həm də təkrarlanma ehtimalı olmayan bir hadisə üçün yoldaşınızı incitməmiş olarsınız.

Evliliyinizə zaman ayırın: Yoldaşların bütün zamanlarını birlikdə keçirmələri xüsusilə çalışan ailələrdə bir az qeyri-mümkündür. Cütlüklər, evdə olsun çöldə olsun axşam yeməklərini birlikdə yeməyə səy göstərməli, bazar səhərlər həmişə birlikdə uzun nahar etməlidir. Axşam yeməkləri həftədə 2-dən az olanda bu, təhlükə deməkdir. Ayda bir neçə dəfə konsertə, kinoya, teatra gedilməli, səyahətlərdən hədiyyələrlə qayıtmaq lazımdır.

Başqalarına kömək edin: Köməyə möhtac insanlara birlikdə dəstək olmağa çalışmaq, birlik duyğusunu gücləndirər. Bu da birliyə komanda ruhu qazandıraraq əlaqənin doğru xəttdə irəliləməsini təmin edər.

Birlikdə hobbilər əldə edin: Müxtəlif idman ya da sənət sahələrində ortaq zövqlərə yönəlmək evliliyi gücləndirər.

 

Mənbə: Gəncailə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR