Evlilik marafonunu necə keçməli?
Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya tələsərək boş yerə özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək imkanlarından istifadə edə bilməsə, nəticə Təbii ki, yaxşı olmaz. Evliliyin ilk günləri də belədir. Ona görə də, tərəflər bu dövrdə çox həssas davranmalı, qarşı tərəfdən imkanlarından artıq şeylər gözləməməlidirlər. Ən başlıcası isə ailədəki tarazlığı qorumalı və hər şeyi öz təbii axarına buraxmalıdırlar. Bu ailənizin gələcəyi üçün də gözəl bir başlanğıc ola bilər. Digər tərəfdən, tərəflər evliliyə qədər görüşsələr də, bu məhdud zaman çərçivəsində qarşı tərəfi hərtərəfli tanıya bilmirlər. Məsələn, o, səhərlər oyananda nə edir, yuxuda necədir, yorğun olanda necə olur, bir şeydən narahat olanda özünü necə aparır və s. Bu xırdalıqlar bəlkə də bəziləri üçün çox əhəmiyyət kəsb etməsə də, bəziləri üçün ümidsizliyə gətirib çıxara bilər. Ona görə də, evlilikdən əvvəl xəyal qurmaq
Əks halda, ilk baxışdan kiçik görünən məsələlər gələcəkdə ciddi problemlərin əsasını qoya bilər. Bütün bunlarla yanaşı bir az səbir, bir az səmimiyyət və bir az ünsiyyət də bir çox problemlərin qarşısını almaqda sizə köməyinizə çata bilər.
Mənbə: gencaile.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət