Dərc edildi: Baxış sayı: 587
Evlənmə təklifini edərkən üzük okeana düşdü
ABŞ-ın Havay ştatının sakini sörfinq idarə edərkən sevdiyi xanıma evlənmək təklifi edib. Ardınca “hə” cavabını alan oğlan üzüyü okeana düşürüb.
Kris Qart sevdiyi qıza evlənmə təklifini Vaikiki rayonunun Kvins-Biç çimərliyində edib.
Lakin Kris bu gözlənilməz situasiyaya hazırlıqlı olub.
Digər üzüyü iki il öncə ilk dəfə görüşdükləri sahildə gizlədən oğlan onu sevgilisinə təqdim edib.
Çimərlikdə gizlənən fotoqraflar sevgililərin həyatında xüsusi yadda qalacaq günü əbədiləşdiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət