Slimfit
  1. DÜNYA

Evin sirrini bayıra çıxaran Paşinyan və..

Evin sirrini bayıra çıxaran Paşinyan və..
Sakura

Evin sirrini bayıra çıxaran Paşinyan və..

“Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməyən Sərkisyan Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları da xatırladıb, hətta İrəvanda qərar vermək səlahiyyəti olan kimlərisə narahat edən bir-iki siyasi bəyanatlar da verib.

Birincisi, Sərkisyan Ermənistanla Aİ arasında yaxşı münasibətlərin inkişafının əsasının onun prezidentliyi dövründə qoyulduğunu bəyan edərək ən yaralı yerə toxunub. İkincisi, Bakıya mesaj verilib ki, “Artsax (Dağlıq Qarabağ) heç bir vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq”. Üçüncüsü, Paşinyanı Avropa mühitində xırda və çox qisasçı diktator kimi təqdim edərək evin sirrini bayıra çıxarıb.

MXAT sayağı pauza gözlədikdən sonra təzadlara istinad etməklə Paşinyanın tərəfdarları Sarkisyana cavab hazırlayıblar. Eks-prezidentin ünvanına ittihamlar səsləndirməklə yanaşı, ictimaiyyəti Ermənistanın yeni İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin korrupsiyaya görə saxlanılması xəbəri ilə sevindiriblər. Guya, “inqilab hökuməti hər kəsə qarşı sərt və ədalətli münasibət sərgiləyir”.

Hərçənd, nə qədər riyakarlıq etsələr də, Paşinyan tərəfdarları teatr tamaşası quruluşunu gizlədə bilməyiblər.

Paşinyan administrasiyasına qarşı qanuni sual meydana çıxır: “bizdə mühakimə oluna bilməyəcək məmurlar yoxdur” tezisinin bəyan olunmasına rəğmən nədən Vovayeviçin keçmiş rəisi və himayədarı, eks-prezident Levon Ter-Petrosyan cidd-cəhdlə zərb altından çıxarılıb?

Paşinyanın tərəfdarlarının buna da cavabı var: guya Ter-Petrosyan postsovet Ermənistanın birinci prezidenti olsa da və onun hakimiyyəti dövründə bir çox mənfi hadisələr baş versə də, amma bunlar o qədər çoxdan olub ki, artıq demək olar ki, həqiqətə uyğun deyil. Üzərindən iyirmi ildən çox keçib - bütün yararlılıq müddətləri bitib və hər şeyin üzərini toz basıb.

Təbii ki, təşkilatçısının və ilhamvericisinin seçkilərdə uduzan Ter-Petrosyan olduğu 2008-ci ilin mart hadisələrinə görə 1 nömrəli eks-prezidenti heç bir məsuliyyətə cəlb etməyəcəklər, çünki onun ardınca Paşinyanın bir çox silahdaşları da yedəklə tələyə düş bilərlər. Paşinyan özü, əfsus olsun ki, 11,5 il əvvəl baş vermiş hadisələrə görə məhkum edilməyəcək. Bir şəxsi bir əmələ görə iki dəfə məsuliyyətə cəlb etmək qanunla qadağandır, hərçənd bəzi işbazlar üçün belə lazımdır. Heç olmasa “inqilabi məqsədəuyğunluq” mülahizəsinə əsasən....”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR