Slimfit
  1. AZƏRBAYCAN

Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa

Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa
Sakura

Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan övladlığa uşaq götürmək istəyirlərsə, bu zaman yaşadıqları mənzil rəsmi olaraq onların öz adlarına olmalıdır

Azərbaycandan övladlığa uşaq götürmək istəyən subay əcnəbilərə övladlığa uşaq verilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov məlumat verib. F.Ələkbərov bildirib ki, Azərbaycan vətəndaşlarına subay olduqları halda da övladlığa uşaq götürməyə icazə olsa da, bu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə aid edilməyəcək. Onun sözlərinə görə, Azərbaycandan övladlığa uşaq götürmək istəyən əcnəbilər üçün daha bir məhdudlaşdırıcı qayda var: "Övladlığa uşaq götürmək istəyən Azərbaycan vətəndaşları faktiki yaşadıqları mülk rəsmi olaraq öz adlarına olmadığı halda da uşaq götürə bilirlər. Amma bu əcnəbilərə aid deyil. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan övladlığa uşaq götürmək istəyirlərsə, bu zaman yaşadıqları mənzil rəsmi olaraq onların öz adlarına olmalıdır".

F.Ələkbərov bildirib ki, bundan əlavə olaraq övladlığa götürmə ilə bağlı sənədlərin elektron qəbulu hələki əcnəbilərə şamil olunmayacaq: "Azərbaycan vətəndaşları övladlığa uşaq götürmək üçün ərizə ilə müraciət etdikdən sonra yaradılacaq elektron alt sistemində özlərinə şəxsi kabinet açaraq məlumatlarını göndərə biləcəklər. Amma bu övladlığa uşaq götürmək üçün bizə müraciət edəcək əcnəbilərə şamil olunmayacaq. Çünki, Azərbaycan vətəndaşlarından daxil olan müraciətlərin, məlumatların dəqiqliyinin yoxlanılması üçün bir sıra qurumlar elektron sistemə inteqrasiya edilib. Amma əcnəbilərin sənədləri, məlumatları ölkəmizdə apostildən keçməli, dəqiqləşdirilməlidir. Ona görə də, onların müraciətlərinin elektron qəbulu hələ mümkün olmayacaq".



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR