Slimfit
  1. CƏMİYYƏT

Evdən işləmək iş əmsalına necə təsir edir?

Evdən işləmək iş əmsalına necə təsir edir?
Sakura

Evdən işləmək iş əmsalına necə təsir edir?

Koronavirus pandemiyası dövründə ən çox diqqət çəkən məsələlərdən biri də bəzi qurumların işçilərinin evdən işləməsi oldu. Dünyanın əksər ölkələrində karantin rejimində bir sıra iş sahəsi, əsasən internet üzərindən işləyən qurumların əməkdaşları evdən çalışdı.

“Twitter”, “Amazon”, “Google” kimi internet nəhəngləri, eləcə də “Mastercard”, “Barclays”, “Royal Bank of Scotland” kimi təşkilatların minlərlə əməkdaşı evdən çalışır.

Bəs Azərbaycanda vəziyyət necə olub, evdən işləmək işçilərin iş əmsalına necə təsir edir?

Ens.az xəbər verir ki, İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü, ekspert İlkin Məcidov “Report”a açıqlamasında bildirib ki, pandemiya dövrü bəzi sahələrdə öncədən planlaşdırılan onlayn sistemə keçidi sürətləndirib.

Onun sözlərinə görə, pandemiya zamanı bəzi sahələrdə işçilər məcburi şəkildə onlayn işləməli oldu:

İlkin Məcidov

“Bir çox sahələr vardı ki, onlar onlayn işləməkdə heç bir problem yaşamadı. Çünki onların işi kompüter və internet üzərindən olduğuna görə, prosesi onlayn təqib və idarə edə bildilər. O işlərə SMM, İT, onlayn satış xidmətləri və. s aid idi. Sadəcə bəzi sahələr vardı ki, onlar onlayn işləmirdi, pandemiya dövründə isə buna məcbur oldular. Hazırda onlayn sistemə keçid yeni olduğuna görə, hələ ki müəyyən axsamalar var. Bu da təbii ki, iş əmsalına mənfi mənada təsir göstərir. Məsələn, təlim sektorunda iş prosesi onlayn olmaqdansa, üz-üzə canlı görüş daha effektlidir. Bəzi xarici ölkələrdə pandemiyadan öncə də onlayn təlimlər almaq olurdu. Bizdə isə belə bir şey yox idi. Sadəcə ödəniş edərək gedib üzbəüz dinləməyə üstünlük verilirdi. Amma artıq insanlar başa düşür ki, onlayn təlimlərlə üzbəüz təlimlərin böyük fərqi yoxdur. Zaman-zaman bu fərq aradan qalxdıqca insanlar onlayn təlimlər, kurslar almağa başlayacaqlar”.

“Bilirik ki, ölkədə universitetlər və məktəblər onlayn dərslər verdi. Amma müəyyən müddətədən sonra artıq üzbəüz görüş lazım olacaq. Tələbənin universitetə, şagirdin məktəbə getməsi lazım olacaq ki, bunlar qaçılmazdı. Ümumiyyətlə əvvəldən onlayn sistemin içinə düşməmişdik deyə onun necə olacağı bilmirdik. Düşünürdük ki, 5-10 ildən sonra belə bir xidmət verə bilərik. İndi artıq prosesin içindəyik deyə xidməti göstərməliyik.

Məsələn, müəllimlər onlayn təlimlər vasitəsi ilə bir növ publikaya çıxmış olurlar. Əvvəl bir müəllim 15-20 şagirdə dərs deyirdilərsə, artıq canlı yayım vasitəsi ilə müəyyən kütləyə çıxır. Bu müəllimin daha çox tanınması və biliklərini daha da atırmağı stimullaşdırır”, - İ.Məcidov qeyd edib.

Karantin dövründə evdən işləyən şirkətlərlə bağlı araşdırma aparılıbmı? Bu günə qədər neçə şirkət evdən iş rejimi tətbiq edib və etməkdə davam edir?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə belə bir məlumat və statistika yoxdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR