Evdə qalanlara bu cür pulsuz internet verilir
Sosial şəbəkələrdə “Set” xaricdə təhsil şirkətinin “Evdəqal” kampaniyası çərçivəsində anket dolduran şəxslərə 6 GB internet paketi hədiyyə etməsi barədə məlumat yayılıb. Lakin vətəndaşlar paket almaq üçün anketi doldursalar da, vəd olunan internetin verilməməsi barədə narazılıq edərək, şirkəti dələduzluqda ittiham ediblər.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Set” şirkətinin rəhbəri Əşrəf Əşrəfli bildirib ki, kampaniya yalnız şirkətin müştəriləri üçün keçərlidir.
“Bu kampaniya hansısa mobil operatora deyil, “Set” şirkətinə məxsusdur. İnternet paketi isə Softline MMC-dən alınır. Bundan başqa, saytımızda məlumat verilib ki, hədiyyə internet paketi şirkətimizlə müqavilə bağlayan müştərilərə verilir. Ayrıca olaraq, linkə daxil olanda hədiyyə internet paketini almaq üçün bütün şərtlər və qaydalar qeyd olunub. Prosesin sonuncu mərhələsində də qaydalara əsasən linki 30 nəfərə göndərmək lazım olduğu bildirilib. Qaydaların hamısına əməl etmədikdə isə bu paket balansa yüklənməyəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət