Slimfit
  1. İQTİSADİYYAT

Evdə otur, ofisdə işlə - Əmək Məcəlləsində mühüm dəyişiklik

Evdə otur, ofisdə işlə - Əmək Məcəlləsində mühüm dəyişiklik
Sakura

Evdə otur, ofisdə işlə - Əmək Məcəlləsində mühüm dəyişiklik

Qeyd olunan maddəyə 2-ci hissə əlavə ediləcək. Əmək funksiyalarının işçinin öz evində, habelə distant (məsafədən) iş və ya tele iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri  tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilir.

Təfsilatı aşağıdakı sual-cavabda
 

Sahibkar üçün müsbət tərəfləri nədən ibarətdir?

Layihədə əks olunan bu hissənin sahibkara müsbət tərəfi ondan ibarətdir ki, artıq sahibkar işçinin saxlanması üçün əlavə xərclərdən azad olunacaq. Kommunal xərcləri, rabitə xərcləri, avadanlıqdan istifadə, bəzi şirkətlər də yemək xərcləri də var, işçinin gündəlik işə-getməsi üçün bəzi şirkətlər də xərcləri olur, onlardan da azad olunacaqlar. Yəni ümumilikdə bu xərclərin aradan qaldırılması sahibkara böyük üstünlüklər verir.

Bu hansı işlər üçün nəzərdə tutulub?

Bu əsasən sərbəst şəkildə əsasən frilanserlər (sərbəst işçi) üçün daha uyğun işdir. İlk dəfə dünyada bu konsepsiya 1972-ci ildə Djek Nils tərtib edilib. Burada işəgötürən texniki göstəriş verir. Şəxs müasir texnologiyanın köməyi ilə bu işi görür. Bura aiddir: elektron mühasibat işləri, elektron auditor, elektron müəllimlik, reklam işi, tərcümə, dizayn, layihə, elektron media (bəzi şəxslər olur ki, işə gəlmədən müəyyən müxbirlik işlərini yerinə yetirir) və sair. Əslində bu işlər Azərbaycanda mövcud idi, sadəcə Əmək Məcəlləsində bununla bağlı qeyd yox idi. Yeni qəbul edilməsi gözlənilən qanunda, artıq bu öz əksini tapıb.
 

Belə hallarda əmək müqaviləsi necə bağlanır?

Müqavilələr qanunvericiliyə uyğun bağlanır. Burada yazılı əmək müqaviləsi və elektron əmək müqaviləsi bağlanmalıdır.Amma burada həmin müqavilə bununla bağlı qeyd, qarışılıqlı razılıq əsasında həyata keçirilməlidir.
 

İşçi üçün bunun üstünlüyü nədən ibarətdir?

İşçi artıq vaxtın çatdırılmasını düşünmür. Sadəcə işin vaxtında çatdırılması öhdəliyini yerinə yetirmək üçün çalışır. Bunun üçün o iş yerini özü müəyyən edir. Yəni istirahətdə ola-ola da işləyə bilər, evdə oturaraq da işini apara bilər.
 

İşin vaxtı necə qeyd olunacaq?

Bunun üçün şirkətlərdə xüsusi proqramlar olmalıdır ki, işçi elektron imzadan istifadə etsin. Yəni artıq işçinin işdə olması şirkəti məcbur edəcək müasir texnoloqiyanın tələbindən istifadə etsin.
 

Məzuniyyət necə veriləcək?

Məzuniyyət qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
 

İşçiyə nəzarət necə həyata keçiriləcək?

İşçiyə nəzarət olunur. Burada sadəcə işçi ofis xaricində iş görür.

Mənbə: Fed.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR