Slimfit
  1. MARAQLI

Evdə necə işləməli? - Çörçil, Eynşteyn, Napoleonun təcrübələri

Evdə necə işləməli? - Çörçil, Eynşteyn, Napoleonun təcrübələri
Sakura

Evdə necə işləməli? - Çörçil, Eynşteyn, Napoleonun təcrübələri

Ens.az saytı bildirir ki, Britaniya mətbuatı keçmişdə böyük insanların evdən işləməklə bağlı bir sıra tövsiyələrini hazırlayıb. Hüqo, Balzak, Çörçill və Eynşteyn - evdə məhsuldar işləmək, diqqəti yayındırmamaq, eyni zamanda yuxu və yeməyi unutmamaq barədə nə deyiblər?

Son illərdə insanlar getdikcə saha çox evdə işləyirlər. Heç kim bunun indiki şəkildə artacağını bilmirdi, amma artıq bu baş verdiyindən, belə təcrübəyə sahib olmuş insanların evdə işləmək barədə bizə nə dediklərini öyrənək.

Birinci qayda, adi vaxtlarda belə: elə et ki, evdən heç bir yerə çıxmayasan. Viktor Hüqo, bayıra çıxmaq həvəsinin baş qaldırmasından qorxaraq gəzməyə getməmək üçün qulluqçusuna bütün paltarlarını gizlətməyi əmr edirdi. Yunan Demokrit isə buna başını yarı qırxmaqla nail olmuşdu. Kardinal Rişelye idman hərəkətləri etməyə ehtiyac hiss etdikdə, mebelin üstündən o yan-bu yana tullanırdı.

Ancaq hətta evdə də işdən yayınmaq üçün səbəblər çoxdur. Yəqin ki, istənilən yazıçı sizə danışar ki, onlar özləri üçün iş vaxtı təyin etdiyi zaman, ilk növbədə məsələn, paltarını ütüləməyə başlayır və bununla vaxtı uzatmağa çalışırlar. Buna görə cədvələ ehtiyacınız var. Və işdən fərqli olaraq evdə bunu özünüz edə bilərsiniz. Onore de Balzak gecə yarısı yatağından qalxar və səhər işıqlaşana qədər işləyir, sonra vannada bir saat otururdu. O, bunu Napoleondan kopyalamışdı. Ancaq özü də bəzi şeylər icad etmişdi: deyək ki, dörd şam qoyulmuş bir masada işləyirdi.

Yaxşısı budur ki, bu vərdişi tədricən yaxşılaşdıra biləsiniz, ilk dəfədən ideal olmağa çalışmayın, zamanla iş keyfiyyətini artırın. Yazıçı Pelam Vudhaus kitabının növbəti səhifəsini yazdıqda həmin səhifəni kabinetindəki divarda müəyyən hündürlüyə vurardı ki, səhifənin nə qədər yaxşı olduğu fərqlənsin. Üzərində işləməyə ehtiyac duyulan səhifələr isə aşağıda asılırdı və Vudhaus onları yenidən yazdıqdan sonra yuxarı qaldırırdı.

Yeməklə məsələ isə o qədər də sadə deyil. Onu stimul kimi istifadə etmək olar. Snuker oyunçusu Stiv Devis luzaya müəyyən sayda top yuvarladıqdan sonra özünə pendir və qidalı makaron sendviç yeməyə izacə verirdi. Düzdür, həddindən artıq stimullaşdırma qarnınızı şişirdərək əlavə təhlükə yarada bilər. Tam əksi olan problem də yarana bilər: İsaak Nyuton bəzən işinə o qədər aludə olurdu ki, yeməyini unudur və onun naharını pişik yeyirdi.

İstehlak etdiyiniz kafein miqdarını da izləyin. Yarım litrlik qabdansa kiçik bir fincanda içmək daha yaxşıdır. Bir sıra hallarda qəhvəni içmək üçün yox, işdən uzaqlaşmaq xatirinə dəmləyirsiniz. Siyasətçi Toni Bennin kədərli təcrübəsini xatırlayın. Onun içdiyi qab bir pinta (1 pinta 568,261485 millimetr, ingilis ölçü vahidi-red. ) və hər saat bir qab içirdi. Nəticədə, Benn polinevrit diaqnozu ilə xəstəxanasına yerləşdirilmişdi.

Evdə işləməyin bir vacib üstünlüyü var: Sizdə qıcıq yaradan həmkarlarınıza dözmək lazım gəlməyəcək. Hərçənd yaradıcı şəxsiyyətinizi stimullaşdırmaq üçün həmkarlarınıza ehtiyacınız olduğunu özünüz üşün kəşf edə bilərsiniz. Bu vəziyyətdə daim masasının qarşısında yazıçı Avqust Strindberqin portretini qoyan dramaturq Henryk İbsen-dən nümunə götürün. "Mən bir sətir də yaza bilmərəm" deyirdi İbsen, "bu dəli qabağımda durub əsəbi gözləri ilə mənə baxmasa ".

İlham çox formada ola bilər. Yazıçı Hilari Menteldə o iş zamanı duş qəbul edərkən yaranır. Albert Eynsteyn mürəkkəb problemləri həll etmək üçün skripkani götürər və həllini düşünərək ifa edərdi. Və nahardan sonra mürgüləyə bilərsiniz. Uinston Çörçill bu vərdişinin gündə 36 saat işləməsinə imkan verdiyini iddia edirdi. Arada yuxu almağın başqa bir vurğunu Ronald Reyqan idi. Lakin prezident fövqəladə hansısa hal baş verəcəyi halda onu oyatmağı əmr edirdi - “əgər hətta nazirlər kabinetinin iclasında yatsam belə".

Mənbə: inosmi.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR