Slimfit
  1. CƏMİYYƏT

Evdə konservləşdirilmiş məhsullar hazırlayanlar nələrə diqqət etməlidir?

Evdə konservləşdirilmiş məhsullar hazırlayanlar nələrə diqqət etməlidir?
Sakura

Evdə konservləşdirilmiş məhsullar hazırlayanlar nələrə diqqət etməlidir?

Payız gəlir, qış mövsümü üçün evlərdə hazırlıqlar başlayır. Bazardan onlarla kilo tərəvəz və meyvə alınır, qış üçün bağlanılır.

Gigiyenik və sağlam mühitdə hazırlanmayan konservləşdirilmiş məhsullar isə təhlükə saçır. Bu qidaların sağlamlıq üçün hər hansı bir risk meydana gətirməməsi üçün hazırlayarkən və saxlayarkən bəzi qaydalara riayət  etmək lazımdır.Çünki düzgün hazırlanmayan  konservləşdirilmiş məhsullar qida zəhərlənməsindən ölümə qədər apara bilər.

Həm ekonomik,  həm sağlam

Mövsümündə alınan tərəvəz və meyvələri fərqli dövrlərdə də istehlak edə bilmək üçün ən çox seçilən saxlanma şərtlərindən biri konserv etməkdir. Konserv hazırlıqları yayın ortasında başlayıb, payızın ortasına qədər davam edir. Evdə hazırlanmış və marinadlaşdırılmış məhsullar həm iqtisadi, həm də sağlamlıq baxımından faydalıdır.

Beləliklə, evdə konserv edərkən diqqətli olacağınız nüansları təqdim edirik:

1. Tərəvəz və meyvələrin təzə olmasına və kifli olmamasına diqqət yetirin

Konserva hazırlayarkən istifadə etdiyiniz hər biş şey sanitar normalara cavab verməlidir. Alınan tərəvəz və meyvələrin təzə olması və kifli olmaması diqqət edilməli  ilk qaydadır. Qidalar istifadədən əvvəl yaxşıca yuyulmalıdır.

2. Mütləq istiliyə dayanıqlı olan bankalardan, şüşədən istifadə edin

Qış üçün hazırlanan qidalar istiyə davamlı şüşə bankalarda saxlanılmalıdır.Əgər turşu hazırlayacaqsınızsa və plastik qabdan istifadə ediləcəksə etibarlı plastik qablardan istifadə edin və bu qablar yalnız 1 dəfə istifadə edilməlidir.

3. Şüşə qabları qaynadın, qapaqlara yaxşı baxın

Şüşə qablar istifadədən15-20 dəqiqə əvvəl  qaynadılaraq sterilizə edilməlidir. Qapaqların paslı olmamasına diqqət yetirilməlidir. Şüşə qablar bir neçə dəfə istifadə edilə bilər. Ancaq qapaq seçimində diqqətli olun. Bir dəfəlik qapaqlar və bir neçə dəfə istifadə edilə bilər qapaqlar var.

4. Tərəvəz və meyvələri 15-20 dəqiqə qaynadın

Konserv istehsalında tətbiq olunacaq əməliyyatın istilik dərəcəsi və tətbiq müddəti əhəmiyyətlidir. Meyvələr və pomidor kimi turşu miqdarı yüksək qidalar ortalama 15-20 dəqiqə qaynadılmalıdır. Bütün tərəvəzlər təmizləndikdən və parçalandıqdan sonra bişirmə əməliyyatı davam etdirilməlidir.

5. Konservləri açdıqdan sonra dərhal istehlak edin

Konservləşdirilmiş qidaların qapağını açdıqdan sonra bir neçə gün ərzində istehlak etmək lazımdır. Konservlər mütləq otaq istiliyində ya da soyuducuda mühafizə edilməlidir. Çox isti mühitdə ya da buzxanada mühafizə edilən konservləşdirilmiş qidalar açıldıqlarında ləzzət və keyfiyyətini itirir.

 Diqqət!

Konserv açıldığı gün, ya da bir neçə gün ərzində  istehlak edilmədiyində “clostridium botulinum” bakteriyası üzə çıxa bilər. Bu bakteriya qida zəhərlənmələrinə səbəb olur. Bu bakteriya dünyada bilinən ən güclü zəhərlərdən biridir və ölümlə nəticələnə biləcək narahatlıqlara gətirib çıxarır.. Bu bakteriya konservlərdə çoxlu törəyə bilər və özünü konserv qapaqlarında meydana gətirdiyi ağarma, kiflənmə ilə göstərir. Konservləşdirilərkən qabın qapaqlarına yaxşı baxılmalıdır. Əgər qapaqlarda qabarma və kif varsa əsla istehlak edilməməlidir. İstehlak edilsə, zəhərlənmə verəcək.

Yedikdən sonra bu hallara diqqət edin!

Qapaqları qabaran, kiflənən şüşə qabdakı məhsul yeyilərsə 12-36 saat arasında zəhərlənmə əlamətləri meydana gələcək.  Bu müddətdə qarın ağrısı, bağırsaqlarda  pozulma, baş gicəllənməsi və ürək bulanması kimi hallar yarana bilər.  Bu əlamətlər varsa ən yaxın sağlamlıq mərkəzinə müraciət edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR