Slimfit
  1. MARAQLI

Evdə hazırlanan maska üçün ən yaxşı material açıqlanıb

Evdə hazırlanan maska üçün ən yaxşı material açıqlanıb
Sakura

Evdə hazırlanan maska üçün ən yaxşı material açıqlanıb

Ens.az saytı bildirir ki, amerikalı alimlər evdə tibbi maska tikmək üçün ən yaxşı materialları açıqlayıblar. 

Aronn Milli Laboratoriyasının (ABŞ) və Çikaqo Universitetinin tədqiqatçıları aerozol hissəciklərinin tutulması üçün populyar təbii və sintetik parçaları sınaqdan keçiriblər. Alimlərin qarşısında, nəfəs vermə zamanı virus hissəciklərini hansı materialların daha yaxşı saxlamasını aydınlaşdırmaq tapşırığı dururdu. Ölçmələr test hissəciklərini müxtəlif növ toxumalara keçirən xüsusi aparat üzərində aparılmış və sonra mütəxəssislər əmələ gələn havanın nümunələrini götürmüşlər.

Sınaq qurğusu pambıq, ipək, şifon, flanel və müxtəlif sintetik materiallardan ölçüsü 10 nanometrdən 10 mikrometrə qədər olan hissəcikləri keçirib. Alimlər belə nəticəyə gəliblər ki, hibrid parçalardan, məsələn, pambıq-şifon, pambıq-flanel və digərlərinin birləşmələrindən hazırlanmış ev maskaları daha yaxşı maneə xüsusiyyətlərinə malikdir.

Nəticəyə görə, çoxsəviyyəli materiallar tənəffüs edilə bilən hissəciklərin böyük əksəriyyətini gecikdirə və süzə bilir.

Müxtəlif materialların xüsusiyyətlərini nəzərə alaraq, mütəxəssislər virus hissəciklərilə mübarizə aparmaq üçün elektrostatik filtrasiya metodunu qiymətləndiriblər. Elektrostatik filtr aerozolları yalnız çəkmək deyil, həm də cəlb edə bilir. Bununla əlaqədar olaraq, alimlər poliesterdən hazırlanan maskalara baxmağı məsləhət görüblər.

Tədqiqatçılar belə bir nəticəyə gəldilər ki, səhv geyiniləcəyi təqdirdə, maskanın tikildiyi materialın əhəmiyyəti yoxdur. "Maskanın üzə yanlış şəkildə taxılmasından yaranan boşluqlar filtrləmə effektivliyini 60 faizdən çox azalda bilər", elmi araşdırmada deyilir.

Aprelin əvvəlində beynəlxalq alimlər qrupu, pandemiya zamanı tibbi maskalar taxmağın özünü doğrultduğunu söyləmişdi. Onların fikrincə, bu aksessuardan istifadə, koronavirusun yayılma sürətini azalda bilər. Məsələn, laboratoriya şəraitində maskalar həqiqətən yoluxmuş xəstələrin yaydığı virus hissəciklərin miqdarını azaltmışdı.

 

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR