Slimfit
  1. CƏMİYYƏT

“Evdə addımla” layihəsinə start verildi

“Evdə addımla” layihəsinə start verildi
Sakura

“Evdə addımla” layihəsinə start verildi

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Addım” Gənclər Təşkilatı, gənclərin maariflənməsi və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün “Evdə addımla” layihəsinə başlayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, layihə çərçivəsində gənclərin karantin günlərindəki zamanını səmərəli keçirmələri üçün maarifləndirmə, fərdi inkişaf, əyləncə, fiziki inkişaf, informasiya və s. istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub.

Gənclər və İdman Nazirliyinin və “Addım” təşkilatının sosial media şəbəkələrində gündəlik proqramları həyata keçirilir.

Günün müəyyən olunmuş saatlarında fitnes proqramları, rəqs, yoqa dərsləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən məsləhətlər, tövsiyələr, motivasiya və biznes təlimləri, axşam saatlarında isə ulduzlarla karaoke, ziyalılarla canlı yayımda söhbətlər və s. planlaşdırılır.

Artıq yoqa dərsi, həkimin məsləhəti və ulduzla (əməkdar artist Sevda Ələkbərzadə) karaoke, fitnes dərsi və instaqonaq (əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova) ilə söhbət baş tutub.

Layihənin pandemiya dövründə karantin günlərinə uyğun olaraq davam etdirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində #Evdəaddımla həştəqi ilə evdə çəkilən maraqlı və kreativ videoların karantin müddəti bitdikdən sonra mükafatlandırılması üçün müsabiqə keçiriləcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR