Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ev şəraitində hazırlanan ən yaxşı öskürək siropu

Ev şəraitində hazırlanan  ən yaxşı öskürək siropu
Sakura

Ev şəraitində hazırlanan ən yaxşı öskürək siropu

İsti günlərin gəlməsi ilə insanlar daha çox  soyuqdəymə  ilə  xəstələnirlər.  Bunun səbəbi, havaların kəskin şəkildə dəyişməsi və qışdan sonra bir çoxunun immunitetin aşağı düşməsi və vitamin çatışmazlığıdır.

Əgər xəstələnirsinizsə və  öskürək varsa - ümidinizi itirməyin!  Bu dərmanın köməyi ilə tez bir zamanda problemdən qurtula bilərsiniz.

Ens.az saytı sizi öskürəklə mübarizənin ən effektiv  üsullarından biri ilə tanış olmağı təklif edir - sarımsaq siropu.

Qədim  reseptə görə sübut edilmiş bir vasitədir.

Tərkibi: 5-7 baş sarımsaq, maye bal, 3 xörək qaşığı zefir kökü tozu.

Hazırlanması:

Sarımsaqları soyun və ət çəkən maşında çəkin.

Sarımsaq sıyığını zefir tozu ilə ovuşdurun, bir bankaya (500 ml) qoyun və üzərinə maye bal tökün.

Bankanı soyuducuya qoyun və 24 saat qaldıqdan sonra tənzif vasitəsilə süzün.

 Hər saat 1 çay qaşığı istifadə edin

Bu şərbət bronxit, traxeit, faringit, laringitə qarşı  kömək edir, çünki sarımsaq güclü antimikrobial və antibakterial xüsusiyyətlərə malikdir və zefir kökü effektiv bəlğəm gətirən vasitədir.

Xatırladaq ki, bal əsasında hazırlanan dərmanlar tonusu artırır, immuniteti  gücləndirir və orqanizmi bərpa edir.

 

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR