Slimfit
  1. MARAQLI

Ev heyvanları həyatımızı necə dəyişir?

Ev heyvanları həyatımızı necə dəyişir?
Sakura

Ev heyvanları həyatımızı necə dəyişir?

Bu zarafat və ya möcüzə deyil! Bir neçə il əvvəl alimlər araşdırma aparıb və sübut ediblər ki, pişik sahibləri həkimə pişik olmayanlardan beş dəfə az müraciət edirlər. Bununla yanaşı at sahibləri depressiya və həyəcan hissi barədə heç nə bilmirlər. İnanılmazdır,a mma faktdır: bizim ev heyvanlarımız bizim üçün əsl təcili yardımdır.

Pişiklər müalicə edir, neqativ enerjini götürür

Pişiklərin sizinlə vuruşmasını və ya qucağınızda oturmağınız  sevmirsiniz və onları qovursunuz? Boş yerə. Araşdırmalara əsasən bu heyvanlar güclü biosahəyə malikdir və insanın hissləri və xəstəliyini rentgen kimi müəyyən etməyi bacarırlar. Onlar həm də sağaldır. Hətta müalicə edir.  Bir çox xəstəliklərdə yardımçı olurlar: ürək-damar, həzm, nəfəs xəstəlikləri, dayaq-hərəkət sisteminin pozulması, endokrin və cinsi sistem xəstəlikləri, nervoz və depressiya. Pişiklərin mırıldaması da xeyirlidir: onlar nəinki səs terapiyasıdır, həmçinin ağrı sindromunu aradan qaldırırlar.

İtlər depressiya və həyəcanı aradan qaldırır

İtlərlə nə etsəniz də, çətinlik çox olur. Onlarla daim işləmək lazımdır, gündə ən azı iki dəfə gəzdirmək lazımdır. Lakin başqalarının qayğısına qalmaq və onun əziyyətini çəkmək insanı nəcibləşdirir. Həmçinin darıxma, həyəcan və depressiyadan xilas edir. İtlər çox sıx əlaqə saxlayan heyvandır və pozitiv saçır. Bundan daha yaxşı dost tapmaq mümkün deyil!

Atlar orqanizmin əzələ tonusunu artırır

Atlar idman zalındakı məşqləri əvəz edə bilər. İnanmırsınız? Atçılıq kurslarına gedin və yoxlayın. İlk məşqdən əzələlərinizin ağrısı idman zalının ziyarətindən sonra ağrıdığından az olmayacaq. Əgər bir ay at çapsanız, əla fiqura və koordinasiyaya malik olacaqsınız. Bundan başqa ippoterapiya əhvalı yüksəldir və yaddaşı möhkəmləndirir.

Delfinlər müalicə edir və xroniki yorğunluq sindromunu aradan qaldırır

Delfinlə üzməyi çoxları arzulayır. Aruz edirik ki, xəyallarınız reallaşsın. Çünki bu heyvanla ünsiyyət zamanı siz nəinki özünüzü suyun bir hissəsi hesab edəcəksiniz, həmçinin özünüz də bilmədən orqanizminizi sağaldacaqsınız. Araşdırmalara əsasən delfinlər astmanı, həmçinin ürək-damar və hətta xərçəng xəstəliklərini sağaltmağa qadirdir. Onlar sinir tükənməsindən və bir çox meqapolislərdə olan xroniki yorğunluq sindromunu aradan qaldırır.

Quşlar nəfəsi və ürək ritmini tənzimləyir

Küçədə quşların cəh-cəhini eşidəndə sakitlik vəziyyəti tanışdırmı? Əminik ki, belədir. Bülbül, arıquşu və digər quşların səsinin meditasiya və masaj seansları üçün istifadə olunması faktlarından da xəbərdarıq. Alimlərin dediyinə görə quşların oxuması nəfəsi və ürək ritmini nizamlayır, həmçinin sakitləşdirir və pozitiv əhval yaradır.

Tutuquşular qorxunun və stressin qarşısını alır

Tutuquşular, xüsusən danışmağı bacaranlar dünyada ən pozitiv quşlar hesab olunur. Evdəki tutuquşu sizin söz və ifadələrinizi təkrar edəndə sizdə hansı emosiyaların yaranacağını təsəvvür edin. Əminik ki, bundan sonra bütün qorxular fikrinizdən çıxacaq, stressdən isə əsər-əlamət qalmayacaq.

Sağ siçanlar, dəniz donuzları, dovşanlar komplekslərdən azad edir

Balaca tüklü heyvanlarla toxunma əlaqəsi hətta həyasınızın belə ürəyini yumşaltmağa qadirdir! Onlara toxunmaqla kiçik əzələlər yumşalır, bunun sayəsində insanda aqressiya və həyəcan azalır, həmçinin kompleks və özünə inamın olmaması aradan qalxır.

İlanlar, tısbağalar, kərtənkələlər sinir sistemini möhkəmləndirir

Əgər siz ilan, tısbağa və kərtənkələni lazımsız heyvan hesab edirsinizsə, fikrinizi dəyişməyin zamanıdır. Araşdırmalar göstərdi ki, bu heyvanlar sinir sistemini möhkəmləndirir və emosiyaları nizamlayır. Ən təəccüblüsü odur ki, bunun üçün onlara toxunmaq və ya sığallamaq lazım deyil, sadəcə baxmaq kifayətdir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR