Dərc edildi: Baxış sayı: 594
Serbiyada Belka adlı keçi, sahiblərini 20 min avro ziyana salıb
Serbiyada Belka adlı keçi, sahiblərini 20 min avro ziyana salıb. Belə ki, keçi pullarını demək olar ki, hamısını yeyib. Külli miqdarda puldan cəmi 300 avro qalıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Serbiyada Arandjelovac şəhəri yaxınındakı Ranilovic kəndində yaşayan ailə 10 hektar torpaq almaq üçün 20 min avro yığıb. Satıcını gözləyən ailə pulu saydıqdan sonra stolun üstünə qoyub.
Ailənin gəlini Milena Simic hadisə ilə bağlı bunları deyib:
"Qayınatam səhər saatlarında heyvanlara yem vermək üçün çıxıb. və qapının açıq qaldığını görməyib. Bir neçə ildir bizimlə yaşayan Belka evə girib və stoldakı pulları yeməyə başlayıb. Xışıltı və səs-küy eşidən zaman ərim nə olduğunu öyrənmək üçün baxmağa getdi. Otağa gizrən zaman halı çox pisləşdi, az qala ürəyi dayanacaqdı, az qala iflic olacaqdı. Belka masanın üzərindəki bütün pulları yedmişdi. Cəmi 300 avro qalmışdı, qalan pulları çeynəyib udurdu.
Ərim o andan etibarən danışmır, sadəcə oturub tək bir nöqtəyə baxır”.
Əsəbləşən ailə keçini kəsib qızardıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət