Slimfit
  1. CƏMİYYƏT

ETSN: Sürüşməyə səbəb insan amilidir

ETSN: Sürüşməyə səbəb insan amilidir
Sakura

ETSN: Sürüşməyə səbəb insan amilidir

"Bayıl ərazisi sürüşməyə meyilli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır. Ərazidə daha əvvəl - 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov deyib.

"Ərazidə baş verən sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək olmasa da, bir müddət əvvəl - oktyabr atında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınmışdı. Ötən gün axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə baş verib. Təxminən yolun 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb", - o əlavə edib.

Ə.Qaralov bildirib ki, prosesə səbəb insan amilidir: "Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədi, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR