Slimfit
  1. AZƏRBAYCAN

ETSN rəsmisi: "İqlim dəyişmələri nəticəsində Azərbaycan çaylarında su azalması müşahidə ediləcək"

ETSN rəsmisi: "İqlim dəyişmələri nəticəsində Azərbaycan çaylarında su azalması müşahidə ediləcək"
Sakura

ETSN rəsmisi: "İqlim dəyişmələri nəticəsində Azərbaycan çaylarında su azalması müşahidə ediləcək"

“İqlim dəyişmələri nəticəsində Azərbaycan çaylarında müəyyən qədər su azalması müşahidə ediləcək”.

Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, Azərbaycan iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr sırasındadır: “Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük. Odur ki, gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməli və onun tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa edilməli, suyun götürülməsinin uçotu aparılmalı, yaşıl texnologiyalardan, suya qənaetedici texnologiyalardan istifadə olunmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda suvarmaya istifadə edilən suyun 50 %-ə qədəri itkiyə gedir: “Dünyada damcılı, çiləmə suvarmadan istifadəyə keçilir və Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Ölkədə suyun 30 faizi daxili çaylar hesabına formalaşır, 70 faizi kənardan çirklənmiş halda gəlir. Biz buna hazır olmalıyıq. İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikirik. Taxtakörpü, Tovuz, Şəmkirçay su anbarları məhz bu fəsadlara qarşı hesablanıb. Bu, eyni zamanda qonşu ölkələrdən olan təhdidlərə qarşıdır”.

Sudan qənaətlə və lazım gələndə ondan təkrar istifadə edilməsinin zəruriliyindən danışan mütəxəssis vurğulayıb ki, Hövsanda böyük ərazi sudan təkrar istifadə edilərək suvarılır və bu böyük effekt verir: “Bunun digər yerlərdə də tətbiqinə hazırlaşırıq. Salyan rayonunun Xıdırlı kəndində Şirvan kollektorunun suyundan təkrar istifadə olunur və yaxşı nəticələr əldə edilir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün texnologiya quraşdırmışıq. Texnologiya mənimsənilib, Azərbaycan mütəxəssisləri tərəfindən tətbiq olunur və böyük effekt verir”.

“Azərbaycanda su mənbələrindən 12 milyard kubmetr su götürülür, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı yolda, su kanallarında itir. Suvarma sistemlərinin tam müasirləşdirilməməsi nəticəsində böyük itkilər yaşanır. Tullantı sularının təmizləyib dənizə atırıq. Amma bunu niyə belə edirik?! Halbuki ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilər var və bu sulardan istifadə oluna bilər. Ələtə qədər yolu yaşıllaşdırmaq istəyirik, amma su yoxdur”, - sektor müdiri əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR