Slimfit
  1. CƏMİYYƏT

ETSN: Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil

ETSN: Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil
Sakura

ETSN: Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil

Azərbaycanda ov məsələsi kifayət qədər aktualdır. Azərbaycan cəmiyyəti buna həssas yanaşır.

Trend-in məlumatına görə, bunu “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı Forumda çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, bu məsələyə cavabdeh olan ETSN-in əsas işi insanlara məsuliyyətli ovçuluğu aşılamaqdır: "Nəzərə almaq lazımdır ki, ovçu milliyyətindən asılı olmayaraq, istər cəmiyyətə, təbiətə, istərsə də özünə qarşı risk obyektidir".

Direktorun sözlərinə görə, məsuliyyətli ovçu olan, qanuni ovçuluqla məşğul olmaq istəyənlər ovçuluq bileti əldə etməlidirlər: "Ovçuluq biletini əldə etmək üçün isə həmin şəxslər imtahan verməlidirlər. Amma bilet əldə etmək ova icazə verilməsi demək deyil. Ova çıxmaq üçün ov icazəsi, yəni lisenziya əldə edilməlidir. 2019-cu ildən xarici vətəndaşlara lisenziyaların verilməsi ASAN xidmət tərəfindən həyata keçirilir. Digər vətəndaşlara icazələrin alınması isə yerli ərazi şöbələri tərəfindən aparılır".

H.Əlizadə bildirib ki, lisenziyaya münasibət birmənalı deyil: "Ovçuların əksəriyyəti lisenziyaların limitsiz ova icazə verməsini istəyir. Deyirlər ki, ovçuyamsa, istədiyim vaxt ova getməli və istədiyim sayda ov etməliyəm. Amma bu, düzgün yanaşma deyil. Lisenziyaların limiti ov sahələrinin sayına mütənasib təyin olunur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR