Slimfit
  1. MƏTBƏX

Ətsiz noxud yeməyi necə hazırlanır?

Ətsiz noxud yeməyi necə hazırlanır?
Sakura

Ətsiz noxud yeməyi necə hazırlanır?

Süfrələrin əvəz olunmazı sayılan noxud hər xörəyin yanına yaraşan ləzzətlər arasındadır. Ətli və ətsiz təqdim olunan noxud yeməyini hazırlamaq olduqca asandır.

Medpress.az xarici mətbuata istinadən bildirir ki, bu yazıda sizin üçün “ətsiz noxud yeməyi necə hazırlanmalıdır” sualının cavabını verməyə çalışacağıq.

Ətsiz noxud yeməyi üçün materialları hazırlayın! Ətli və ətsiz təqdim olunan noxud yeməyini hazırlamaq olduqca asandır. Tək etməyiniz lazım olan noxudları bir gecə əvvəl isti suda saxlamaqdır. Əgər noxudlar mədənizə ziyan verir və qaz yaradırsa, evdə hazırlanan kefirə və ya kefir altındakı suda bir gecə əvvəl noxudları saxlaya bilərsiniz.

Materiallar:

2 su stəkanı noxud

4 yemək qaşığı duru yağ

1 yemək qaşığı pomidor tomatı

2 ədəd acı istiot

5 su stəkanı su

1 ədəd baş soğan

Duz, istiot, göy bibər

Necə edilir?

Noxudu bir gecə əvvəldən isti suya qoyun.

 Ertəsi gün süzüb üzərinə təmiz su alaraq 15-20 dəqiqə qaynadın.

 Daha sonra yağı qazana alın və doğradığnız soğanları qovurun.

 İstiotu doğrayıb soğana əlavə edin və qovurmaya davam edin.

 Tomatı əlavə edin və qoxusu çıxana qədər qovurun.

 Son olaraq içinə noxudu əlavə edin.

 Bir az qarışdırıb üstünə qaynar suyu və duzlu ədviyyatları qoyun.

 Qazanının qapağını bağlayıb az odda bişməyə qoyun.

 Noxud yaxşıca bişəndə qazı söndürün və isti istifadə edin.

Nuş olsun!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR