Slimfit
  1. İQTİSADİYYAT

“Etiraf edək ki, bu kreditlər qaytarılmayacaq” - Samir Şərifov

“Etiraf edək ki, bu kreditlər qaytarılmayacaq” - Samir Şərifov
Sakura

“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət…

“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət edir. Bu, daimi prosesdir”

Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarına cavab verərkən deyib. 

O qeyd edib ki, ştatlar bir qədər azaldılır, ancaq  sonradan min səbəb tapılır ki, ştatlar artırılır. “Bəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların təşkilatı hüquqi forması dəyişdirilib. Yəni, söhbət publik hüquqi şəxsdən gedir. Ancaq bu belə onların dövlət büdcəsindən asılılığını azaltmayıb. Yalnız bir  neçəsi müstəqildir. 396 milyon manat vəsait publik hüquqi şəxslərin fəaliyyət göstərilməsi üçün artırılıb. Cənab prezidentin tapşırığı odur ki, dövlət aparatı daha səmərəli fəaliyyət göstərsin”.

***

Nazir həmçinin, təhsil kreditləri məsələsinə də toxunub. O etiraf edib ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var: “Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq. 

Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə, böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. 
Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR