1. MEDİA

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları İtaliyada keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları “İSECCER” in İtaliyada  kecirdiyi “Tətbiqi sosial elmlər, iqtisadiyyat, idarəetmə, və təhsil tədqiqatları” mövzusunda V Beynəlxalq elmi  konfransında iştirak ediblər. 

Konfransda ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent  Vüsalə Həsənova “Azərbaycanda meliorasiya və su təsərrüfatı: Qarabağın işğalından sonra və əvvəl”, həmin şöbənin əməkdaşı elmi işçi Aybəniz Osmanova isə “Qədim Hindistanda riyaziyyat” mövzusunda məruzələrini təqdim ediblər.

Qeyd edək ki, müxtəlif ölkələrdən, əsasən türk çoğrafiyasından iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə birgə keciriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb. 

Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,

elmtarixi.pr@gmail.com

(012) 539 51 35

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR