Slimfit
  1. MEDİA

ETİ-nin direktoru Məryəm Seyidbəylinin “Azərbaycan diasporu: real və potensial imkanlar” adlı məqaləsi yayımlanıb

ETİ-nin direktoru Məryəm Seyidbəylinin “Azərbaycan diasporu: real və potensial imkanlar” adlı məqaləsi yayımlanıb
Sakura

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Azərbaycan diasporu: real və potensial imkanlar” adlı məqaləsi yayıml

Məqalə:  “Azərbaycan diasporu: real və potensial imkanlar”

 

Hər bir xalqın vahid orqanizmini onun dünyada yaşayan həmvətənlərinin cəmi təşkil edir. Bunu başqa cür görmək milli məqsədlərə zidd olar və dövlətlərin inkişafına ziyan vurar.

Dünya azərbaycanlıları - soydaşlarımız və həmvətənlərimiz deyəndə istər Azərbaycan Respublikası daxil, istərsə də İranın Cənubi Azərbaycan, Gürcüstanın Borçalı, Rusiyanın Dərbənd ərazisində yaşayan və planetimizin ayrı-ayrı qitələrində, müxtəlif ölkələrində məskunlaşan azərbaycanlılar nəzərdə tutulur. Aborigen əhali olmayan, hansısa dövrdə xaricə köçən və yaşayan azərbaycanlılar da bu kateqoriyaya şamil olunur.

Azərbaycan diasporu isə yalnız tarixi Vətəndən kənarda sistemli şəkildə təşkilatlanmış milli azlığın birliyini və konkret ictimai fəaliyyətlə məşğul olan şəxslərin ittifaqını ehtiva edir.

Bu xüsusda, biz, gərək birinci və ikinci qrup üzrə real və potensial vəziyyətini nəzərdən keçirək. Məlumdur ki, azərbaycanlıların dünyaya səpələnməsinin tarixi qədim olsa da təşkilatlanması prosesi müasirdir. Hələ icmalaşmadan diasporlaşmaya keçid mərhələsini ayırsaq bu fəaliyyəti gənc hesab etmək olar.

Buna görə də gənc Azərbaycan diasporu ilə qoca diasporları, ələlxüsus klassik erməni diasporunun anologiyasını aparmaq düzgün olmaz. Çünki, Azərbaycan diasporunun ağ, erməni diasporunun qara niyyətli fəaliyyəti müqayisəyəgəlməz.

“Uzaqdan döyüş asan gəlir” bir atalar məsəlində deyildiyikimi, bu iş çox həssas və mürəkkəbdir. Qərib yerdə, yad mühitdə belə bir missiyanı üzərinə götürmüş həmvətənlərimiz sözün əsl mənasında hörmətə layiqdirlər. Onların milli təşəbbüssləri, çəkdikləri zəhmətlərə məmnuniyyət hissi ilə yanaşılmaq lazımdır. Məhz Azərbaycan diasporunun konsolidasiyası, müştərək hərəkət işləməsi, vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvə kimi ümumi maraq naminə hərəkət etməsi məqsədilə keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətinin qorunub saxlanılması vacibdir.

Bu parametrlərə diqqət etməyəndə, ölçülmədən müqayisə aparanda, qiymət verəndə cani-könüldən Azərbaycana xidmət edən diasporlarçularımızı illər boyu göstərdikləri gərgin əməyini heçə sayırıq.

Nəzərə alınmalıdır ki, hüquqi təyinatı olmadığı və ictimai tutumlu fəaliyyət növü olduğu üçün bu sahəni konkret çərçivəyə salmaq çətin olur.

Bir sözlə, modern Azərbaycan diasporu ənənəvi diasporlarla müqayisə olunmamalıdır. Ələlxüsus, məkirli etnik separatizm və dini ekstremizm təmayüllü erməni icması ilə qoşalaşdırılmamalıdır.

Dahi Heydər Əliyevin mükəmməl layihələrindən olan diasporla işə qiymət verəndə yüz-ölçüb bir biçilməlidir. Çünki bu sahə böyük bir xalqın bütövlüyünü, ümumilli birliyimizi və həmrəyliyimizi ifadə edir.

Gəlin unutmayaq! Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənəvi mərkəzi, Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Son illər Komitə diasporla işi yeni müstəviyə qaldırılmış və koordinasiya məsələlərini təkmilləşdirmişdir. Bu optimist əhval-ruhiyyədən çıxış etməyə əsas verir.

Təkcə xalqımız üçün həyati vacib əhəmiyyət kəsb edən Vətən müharibəsi dövrü Azərbaycan diasporunun vahid mərkəzdən peşəkar idarə edilməsi və xaricdə yaşayan azərbaycanlıların “milli ordu” kimi möhtəşəm fəaliyyət göstərməsinə müvəffəq olunması kifayət edir ki, Komitənin işi yüksək qiymətləndirilsin.

Qeyd edim ki, Dahi öndərimiz Heydər Əliyevin imzası əsasında Komitə ilə paralel olaraq eyni vaxtda yaradılan A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan diasporu” şöbəsinə rəhbərlik etdiyimə görə bu sahə ilə daim əlaqəm olub (birbaşa və ya rəhbəri olduğumuz tədqiqatçılar, hazırladığımız mütəxəssislər vasitəsilə) və məhz bu yazıda dəyərləndirmə aparmağıma, faktları sadalamağıma rəvac verir.

Bir sözlə, Dünya azərbaycanlılarının öz dilini və milli dəyərlərini qoruyub-saxlamaları mütləqdir. Yalnız, diaspor fəaliyyətinə ümümxalq hərakatı kimi baxmayaq, bu seçki marafonu deyil. Hətta, seçkidə belə yaş senzi müəyyənləşdirilir.

Diaspor kollektiv fəaliyyətdir - komanda işidir.

XXI əsrin trendi olan - beynəlxalq münasibətlərin əsas aktorlarından birinə çevrilən diaspor fenomenini küçümsəməyək. Azərbaycan diasporunun bu dövrə qədər gördüyü müvafiq işlərə kölgə salmayaq, qaranlıqdan işığa doğru addımlayaq - öz imkanlarımızı, enerjimizi, gücümüzü, intellektimizi zəif görməyək, biz qüvvətliyik, biz qalibik!

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR