Slimfit
  1. CƏMİYYƏT

Ət vergidən azad edildi: qiymətlər ucuzlaşacaq?

Ət vergidən azad edildi: qiymətlər ucuzlaşacaq?
Sakura

Ət vergidən azad edildi: qiymətlər ucuzlaşacaq?

Heyvan ətinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ən çox xaricdən gələn ət məhsullarının qiymətinə müsbət təsir edəcək.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda 4 illik müddətə heyvan əti satışının əlavə dəyər vergisindən azad edilməsinin ətin qiymətinə hansı formada təsir edəcəyi ilə bağlı danışarkən deyib.

İqtisadçı bildirib ki, yerli heyvan ətinin qiymətində də ucuzlaşma olacaq:

“Xaricdən heyvan əti gətirilən zaman rəsmiləşdiriləndə gömrük rüsumu və əlavə dəyər vergisi ödənilirdi. Əgər xaricdən gətirilən heyvan əti də əlavə dəyər vergisindən azad ediləcəksə, bu həmin ətin qiymətinə müəyyən dərəcədə təsir edəcək.

Ancaq daxili satış fərqlidir. Çünki hazırda ölkədə ət satışı ilə kiçik sahibkarlar məşğul olur. Bakıda kifayət qədər kiçik qəssab dükanları var və onlar onsuz da əlavə dəyər vergisi vermir. Onlar kiçik sahibkar kimi VÖEN ilə fəaliyyət göstərir. Bu səbəbdən heyvan ətinin ƏDV-dən azad edilməsi ən çox xaricdən gələn məhsullara təsir edəcək”.

İqtisadçı bildirib ki, bu qərar yerli heyvan ətinin qiymətini çox ucuzlaşdırmayacaq:

“Çünki Azərbaycana xaricdən gətirilən ətin istehlak istiqamətləri bir qədər fərqlidir. Daha çox bu ət dövlətin öz ehtiyacları və ordu üçün istifadə edilir. Bundan başqa, xaricdən gətirilən ət kolbasa istehsalında istifadə olunur. Yəni ölkə əhalisi gündəlik istehlak üçün xarici ətdən istifadə etmir. Bizim toplum, bizim cəmiyyət ağız dadı olaraq yerli ətə öyrəşib. Bu gün hamı ev üçün ancaq yerli heyvan əti alır. Bu səbəbdən hesab edirəm ki, ət məhsullarının ƏDV-dən azad edilməsi yerli heyvan ətinin qiymətinə ciddi təsir etməyəcək. Yerli ətin qiymətində ucuzlaşma bir qədər az olacaq“.

Kənd təsərrüfatı eksperti Qadir Bayramov isə bildirib ki, heyvan ətinin ƏDV-dən azad edilməsi müsbət haldır. Bu, həm istehlakçıların işini asanlaşdıracaq, həm də istehsalçıları təşviq edəcək:

“Hesab edirəm ki, ət məhsullarının qiymətində müəyyən ucuzlaşmanı müşçahidə edəcəyik”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək. Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR