Slimfit
  1. CƏMİYYƏT

Ət qiymətinə pomidor! – Səbəb:“İxrac artıb, istehsal artmadıqda...”

Ət qiymətinə pomidor! – Səbəb:“İxrac artıb, istehsal artmadıqda...”
Sakura

Ət qiymətinə pomidor! – Səbəb:“İxrac artıb, istehsal artmadıqda...”

Son zamanlar pomidorun qiymətində kəskin artım müşahidə olunur.
Dövlət Gömrük Komitəsi də ölkədə pomidor qıtlığını təsdiq edib. Daxili bazarda pomidorun azalması təbii ki, qiymətlərə də təsir göstərir.
Bəs, pomidor qıtlığı və qiymətlərin baha olmasının səbəbi nədir?


Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu daha çox mövsümlə əlaqəlidir. Onun sözlərinə görə, fevral ayından başlayaraq qiymətlər bahalaşıb:

“Digər bir səbəb isə ondan ibarətdir ki, Rusiya bazarı xeyli dərəcədə açılıb. Keçən ilin əvvəllərində müəyyən çətinliklər olsa da, indi Rusiya bazarında Azərbaycan pomidoru daha çox satılır. Son altı ayın məlumatlarına əsasən Azəraycan pomidoru həm Türkiyədən, həmdə digər ölkələrdən gələn pomidorları həcm olaraq yenidən üstələyib. İlk sırada yer alıb.

Qiymətlərin bahalaşmasına bunlarında çox böyük təsiri var. İxracat artıb, istehsal artmadıqda daxili bazarda qiymətlər qalxır. Digər bir səbəb isə pomidor istehsalçılarının hər şeyin qiymətinin qalxmasını görmələridir.

Qeyri-ərzaq məhsulları Azərbaycanda bahalaşır.Onlar da haqlı olaraq öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini qaldırmağa məcburdurlar. Belə bir halda heç bir istehlakçını qınamaq düzgün olmaz”.

Ekspert sonda onu da qeyd edib ki, məhsul artımı olduqda qiymətlər daha münasib olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR