Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ət əvəzi nə yeyək? – Ucuz zülal alternativləri

Ət əvəzi nə yeyək? – Ucuz zülal alternativləri
Sakura

Ət əvəzi nə yeyək? – Ucuz zülal alternativləri

İnsan orqanizminin tikinti materialı zülaldır. Onsuz orqan və toxumalar məhv olar. Bu gün qırmızı ətin, broyler toyuqlarının zərəri barədə məlumatlar, eləcə də ət məhsullarına şübhələr, ətin baha olması insanları daha az ət yeməyə məcbur edir. Ona görə də bəzi xəstəliklər kəskinləşir, gənclərin əzələ və skeleti zəif olur, protein olmadığındanbədən yaxşı  formalaşmır. Bəs ət az yeyiriksə, zülalı başqa nədən ala bilərik?
 
Medicina.az orqanizmi ət qədər zülalla təmin edən, daha ucuz və faydalı alternativləri təqdim edir:
 
1.Yumurta – suda bişmiş yumurta 95% orqanizm tərəfindən yaxşı mənimsənilir, idmançıların menyusunda mütləq olur. Gündə 2-3 yumurtadan artıq yemək olmaz
 
2.Süd məhsulları  - pendir, kefir, kəsmik, qatıq kifayətdir ki, orqanizmə faydalı protein daxil olsun. Xüsusən az yağlı məhsullarda protein çoxdur
 
3.Paxlalar – noxud, lobya, paxla 25% proteindən ibarətdir. Xüsusən suda qaynadılmışı yeyilməlidir. 
 
4.Balıq – yüngül həzm olunan zülal mənbəyidir. Üstəlik amin turşuları ilə zəngindir
 
 
5.Qoz, badam
Ətdəki zülalı tamamən əvəz edir. İnsan üçün ideal enerji mənbəyidir. Günə 10 ədəd qoz ləpəsi kifayətdir. 
 
6.Göbələk
 
Elə bişirdikdə də ət dadı verir. Amma ağır həzm olunur, qaraciyəri yükləyir. 
 
7.Yarmalar
Qarabaşaqda 12% protein var. Ət yoxdursa, qreçka bişirib yeyin. 
 
8.Günəxaban
Proteinlə zəngindir, amma insan gündə 100 qramdan artıq günəbaxan tumu qəbul etməməlidir
 
9.Spirulina
Dəniz yosunudur, ən qədim bitkidir. 65% protein mənbəyidir. Spirulin həm toz halında, həm də tablet kimi BAD formasında satılır. Suya qatıb icirlər. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR