Slimfit
  1. DÜNYA

Estoniyanın Baş naziri istefa verəcək

Estoniyanın Baş naziri istefa verəcək
Sakura

Estoniyanın Baş naziri istefa verəcək

Estoniyanın Baş naziri Yuri Ratas partiyasının son parlament seçkilərində qalib gələ bilmədiyinə görə istefaya gedəcəyini demişdi. Bu tarix artıq bəlli olub.

AZƏRTAC xəbər verir ki, hazırkı Baş nazir aprelin 4-də Estoniyanın yeni heyətli parlamentinin ilk iclasında son dəfə baş nazir qismində iştirak edəcək. Onun formal olaraq postunu tərk etməsinə baxmayaraq, yeni baş nazir seçilənədək vəzifə səlahiyyətlərini icra edəcəyi bildirilir.

Siyasi analitiklər Yuri Ratasın yenidən bu posta seçiləcəyini də istisna etmirlər. Əgər onun rəhbərlik etdiyi Mərkəzçilər Partiyası mühafizəkarlar olan EKRE və milliyyətçilərdən ibarət İsamaa ilə koalisiya qura bilsə, parlamentdə qazanacağı səs çoxluğu ilə yenidən idarəçiliyi ələ ala bilər.

Estoniya konstitusiyasına əsasən, Baş nazirin istefasından sonrakı iki həftə ərzində ölkə Prezidenti bu vəzifəyə namizədlərin adlarını açıqlamalıdır.

 

Aygün Əliyeva

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR