Slimfit
  1. DÜNYA

Eşşək ətinin “xeyri” haqqında yeganə kitabı erməni müəllif yazıb

Eşşək ətinin “xeyri” haqqında yeganə kitabı erməni müəllif yazıb
Sakura

Eşşək ətinin “xeyri” haqqında yeganə kitabı erməni müəllif yazıb

Əgər KİV bundan sonra da Azərbaycanda eşşək fermasını reklam etməyə davam etsə, yaxın gələcəkdə ölkədə “eşşək ətindən dönər” satan obyektlər də olacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, fermerlərin eşşək südünün satışı ilə bağlı sözləri cəfəngiyatdır.

“Bu, sadəcə, gəlir gətirmir. Əslində, onlar eşşək ətinin satışından götürəcəkləri gəliri hesablayırlar”, - Hüseynov qeyd edib.

Ekspert bildirib ki, əhali arasında eşşək südünün faydası ilə bağlı təbliğat aparılır, lakin bu məlumatlar heç bir elmi faktlarla əsaslandırılmayıb.

“Eşşək südünün və ətinin xeyri barədə heç bir təsdiqlənmiş elmi sübut yoxdur. Yalnız 1963-cü ildə yazılan bir kitab var. Kitabın müəllifi guya eşşək ətinin və südünün qəbul edilməsinin vacibliyindən yazır.

Ən maraqlısı isə odur ki, kitabın müəllifi ermənidir və o, yazısında guya coğrafi xüsusiyyətlərinə görə Ermənistan əhalisinə eşşək əti və südünü məsləhət görmür”, - E.Hüseynov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR