Slimfit
  1. DÜNYA

Esper ABŞ-ın İraqdan çıxacağıyla bağlı məktubu təkzib etdi: “Səhvən dərc olunub”

Esper ABŞ-ın İraqdan çıxacağıyla bağlı məktubu təkzib etdi: “Səhvən dərc olunub”
Sakura

Esper ABŞ-ın İraqdan çıxacağıyla bağlı məktubu təkzib etdi: “Səhvən dərc olunub”

ABŞ hərbi qüvvələrini İraqdan çıxarmaq niyyətində deyil.
 
Qaynarinfo xəbər verir ki, bunu Reuters-ə açıqlamasında ABŞ-ın müdafiə naziri Mark Esper deyib. Pentaqonun rəhbəri Mark Esper məktubun reallıqla əlaqəsinin olmadığını və amerikalıların öz hərbi hissələrini ölkədən çıxartmaq niyyətində olmadığını qeyd edib:
 
"ABŞ ordusunun İraqdan qoşunların çıxarılması planlarından bəhs edən məktub "səhvən” dərc olunub. Əslində bu bir qaralama variantı olub”. 
 
Xatırladaq ki, bundan bir neçə saat əvvəl ABŞ liderliyindəki Beynəlxalq Koalisiya Qüvvələrinin İraqdan çıxacağı ilə bağlı məlumat yayılmışdı. Bu haqda koalisiyanın İraqdakı birgə əməliyyatlar komandanlığına məktub ünvanlandığı iddia olunmuşdu. Bildirilirdi ki, koalisiya qüvvələri İraq hökuməti və parlamentinin tələbi ilə ölkədən çıxacaq.
 
"Ölkənin suverenliyinə hörmət əlaməti olaraq, yaxın günlərdə və ya həftələrdə koalisiya qüvvələri yenidən yerləşdiriləcək. Bu vəziyyətdə çəkilmə çox səs-küy yaratmamaq məqsədilə gecə vaxtı baş tutacaq", - deyə məktubda bildirilirdi.
 
Bundan bir neçə gün əvvəl isə İraq hakimiyyəti xarici qoşunların ölkədən çıxarılması üçün bir mexanizm hazırlamağa başladığını bəyan edib. İraq Silahlı Qüvvələrinin Baş Komandanının nümayəndəsi Əbdül Kərim Half bildirib ki, bu gündən etibarən beynəlxalq koalisiyanın İraqdakı fəaliyyəti yalnız məsləhətləşmələr, silahlar və hərbi kadrların təlimi ilə məhdudlaşacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR