Slimfit
  1. AZƏRBAYCANLI

Əslən Şuşadan olan Türkiyənin ilk qadın vəkili: Sürəyya Ağaoğlu

Əslən Şuşadan olan Türkiyənin ilk qadın vəkili: Sürəyya Ağaoğlu
Sakura

Əslən Şuşadan olan Türkiyənin ilk qadın vəkili: Sürəyya Ağaoğlu

29 dekabr əslən azərbaycanlı - Dağlıq Qarabağın Şuşa şəhərindən olan, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun vəfatının 30 illiyidir.

Femida.az xəbər verir ki, S.Ağaoğlu görkəmli Azərbaycan siyasi xadimi Əhməd bəy Ağaoğlunun qızıdır.

Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçib. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşüb. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub. 1950-ci ildə Alman hüquqşünas Verner Taşenbreker ilə ailə qurub.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.

Sürəyya xanım 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR