Slimfit
  1. TƏBİƏT

Əsl kərtənkələlər

Əsl kərtənkələlər
Sakura

Əsl kərtənkələlər – Sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.

Fəsiləyə daxil olan cinslər

  • İlanbaş

Həzm Sistemi

Ağzında eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur. Həzm sistemi qurbağaya bənzərdir.Kloaka adlanan orqnı da vardır ki həzm sistemində iştirak edir.

Sidik axarları və böyrəkdəki qida kloakada birləşir və xaricə açılır.

120 kq qaldıra bilən kərtənkələ

Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atır və "yapışdığı" səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilir. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək:

  • Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək.
  • Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var).
  • Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək.
  • Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq.

Maraqlı məlumatlar

• Hindistanda Komada adlanan ən böyük kərtənkələ yaşayır. Kərtənkələnin uzunluğu 3 m, kütləsi isə 135 kq-a çatır. Sürətlə qaçan bu kərtənkələ ağaca yaxınlaşıb onun budaqlanına dırmanır və birdən donub yerində qalır. Bu anda onun başı üzərində plaşabənzər qəribə bir sey qalxır. Bu onu bildirir ki, kərtənkələ yırtıcı heyvanı gördüyündən həyəcanlanmış və düşmənini qorxutmaq üçün öz plaşını açmışdır. Plaş çətirə oxşayır və nazik qığırdağ toxumasından ibarətdir. Plaşın rəngi şəffafdır. Bundan başqa həm də eşitmə aparatı rolunu oynayır. Plaşı hərəkətə çox möhkəm, həmişə gərgin olan əzələlər gətirir. Belə kərtənkələlər Avstraliyada da yaşayır.

• Göyçə gölü (Sevan gölü) sahillərində çox qəribə həyat tərzinə malik kərtənkələlər vardır. Onların içərisində dişi kərtənkələlər yoxdur. Qəribədir ki, bu erkək kərtənkələlər yumurtlayır. Onların yumurtalarından yaranan kərtənkələlər də erkək olur.

Bölgüsü

Fəsilə iki alt fəsilələrdən ibarətdir — Gallotinae (cins Gallotia və Psammodromus) və Lacertinae.

2011-ci ildə bu fəsiləyə 307 növ daxil edilmişdir. Bu növlər isə öz növbəsində 42 cinsdə birləşmişdir.

 

Latın adı Azərbaycan adı növün sayı
Acanthodactylus Pipikli kərtənkələlər 41
Adolfus Mərkəzi Afrika əsl kərtənkələləri 3
Algyroides Algyroides 4
Anatololacerta   3
Apathya   2
Archaeolacerta   1
Atlantolacerta   1
Australolacerta   2
Congolacerta   2
Dalmatolacerta   1
Darevskia Qayalıq kərtənkələləri 26
Dinarolacerta   2
Eremias Kərtənkələcik 34
Gallotia Kanar kərtənkələləri 8
Gastropholis Qastrofolis 4
Heliobolus   4
Hellenolacerta   1
Holaspis Holaspis 2
Iberolacerta   8
Ichnotropis Enli kərtənkələlər 7
Iranolacerta   2
Lacerta Yaşıl kərtənkələlər 9
Latastia Uzun quyruq kərtənkələlər 11
Meroles Meroles 7
Mesalina Afroasiya kərtənkələcikləri 14
Nucras Nukras 9
Omanosaura   2
Ophisops İlanbaş 8
Parvilacerta   2
Pedioplanis   11
Philochortus Filoxortus 7
Phoenicolacerta   4
Podarcis Divar kərtənkələləri 21
Poromera Poromera 1
Psammodromus Psammodromus 4
Pseuderemias Yalançı kərtənkələcik 7
Scelarcis   1
Takydromus (Ot kərtənkələləri 21
Teira   1
Timon   4
Tropidosaura Tropidozaur 4
Zootoca Diridoğan kərtənkələlər 1

 

 

Armenischegebirgseidechse-01.jpgArmenischegebirgseidechse-02.jpgIberolacerta monticola.001.JPGIberolacerta monticola.002.JPGIberolacerta monticola.003.JPGIberolacerta monticola.004.JPGLacerta viridis f2.jpgLacerta viridis.jpgNucras caesicaudata.jpgOphisops elegans.jpg

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR