Slimfit
  1. SİYASƏT

Əsgərlərimiz əsirlikdən dərhal qaytarılmalıdır

Əsgərlərimiz əsirlikdən dərhal qaytarılmalıdır
Sakura

Əsgərlərimiz əsirlikdən dərhal qaytarılmalıdır

Çingiz Qənizadə: “Ermənistan hərbçilərimizə işgəncə verməklə Cenevrə Konvensiyasının 3-cü maddəsinin tələblərini pozub”

“İrəvan iki əsgərimizdən siyasi alver məqsədi ilə istifadə edir, hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın çirkin siyasi alverinə "yox" deyəcək”

Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində yolunu azaraq Ermənistana keçmiş əsgərlərimizin ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalması ölkə ictimaiyyətini hiddətləndirib. Şühəsiz, əsgərlərimizin əsir götürülməsi, amansız işgəncələrə məruz qalması ermənilərin barbar və vəhşi millət olduğunu bir daha ortaya qoydu. Silahsız əsgərin xüsusi amansızlıqla döyülməsi, təhqir olunması və həmin görüntülərin aşkar şəkildə sosial şəbəkələrdə paylaşılması bütün qanunların ayaqlar altına alınması deməkdir. Beynəlxalq Qızıl Xaç Komitəsi iki azərbaycanlının məsələsi barədə məlumatlı olduqlarını açıqlayıb. Qeyd olunub ki, qurum ailələr və müvafiq qurumlarla əlaqədədir və məqsədləri saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Lakin görüşün hansı səbəbdən gecikdirilməsinin məlum olmadığı deyilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirib ki, Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftarın görüntüləri dərin narahatlıq doğurur: “Hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir”. Milli Məclisin sədri Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında çıxışı zamanı deyib ki, beynəlxalq təşkilatlar Ermənistanın iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan tərəfi iki əsgərimizin dumanlı hava şəraitində azaraq onların ərazisinə keçməsi ilə bağlı dərhal məlumat verməliydi. Hüquq müdafiəçisinin sözlərinə görə, bununla bağlı presedentlər var:

"Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılmış və dərhal Ermənistana sağ-salamat geri qaytarılmışdı. Bunları bir neçə dəfə etmişik. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytarmadı, onların əsir götürüldüyünü gizlətməyə çalışdı. Müxtəlif oyunlar oynadılar ki, guya, əsgərlərimiz "kəşfiyyatçı"dır, "silahlı olublar", "tapşırıq yerinə yetirməyə gəliblər" və s. Halbuki iki gənc əsgərimiz yolu azaraq Ermənistan tərəfinə keçiblər. Əsgərimizə qarşı ermənilər tərəfindən qeyri-insani rəftar edilib, işgəncələrə məruz qoyulub. Bunu əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldı. Bu artıq cinayət əməlidir. Ermənistan qanunverciliyində də bu əməl cinayət hesab edilir. Ancaq İrəvanla sülh sazişi imzalanmadığı üçün biz bu məsələni beynəlxalq hüquq konvensiyaları çərçivəsində müzakirə edə bilərik. Ermənistan əsgərlərimizə işgəncə verməklə Cenevrə Konvensiyasının 3-cü maddəsinin tələblərini pozub. 3-cü maddədə qeyd olunub ki, əsir əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Bundan başqa digər konvensiya var ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı Ermənistan da üzərinə öhdəlik götürüb. Ermənistan konvensiyanı imzalayan dövlətlərdən biridir. Bunun da tələbləri pozulub. 2021-ci ilin dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycan və Ermənistanın qarşılıqlı iddiasına baxılarkən, Ermənistan üzərində bir öhdəlik qoyulmuşdu ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair tədbirlər görsünlər. Növbəti ikinci məhkəmə isə 2023-cü ilin fevralın 22-də baş tutdu. Budəfəki məhkəmə qərarında da Ermənistanın 2021-ci ildə üzərinə götürdüyü öhdəliklər vurğulandı. Ermənistan üzərinə mina terroruna son verməsi, saxlanılan, əsir düşən insanlara işgəncələr verməkdən çəkinməsi ilə bağlı öhdəliklər qoyulub. Baxın, konvensiyalar, beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi iki qərar pozulur".
Ç.Qənizadə bəyan edib ki, beynəlxalq təşkilatlar və Avropa İttifaqı qarşısında tələblər irəli sürməliyik: "Beynəlxalq Qırmızı Xaç Komitəsindən tələb etməliyik ki, dərhal əsgərlərimizə baş çəksinlər, onların ailə üzvləri ilə əlaqəsinə yardımçı olsunlar. Qısa zaman kəsiyində əsgərlərimizin Azərbaycana qaytarılması ilə bağlı ciddi addımlar atsınlar. XİN-in, Ombudsmanın, QHT-nin bəyanatı var və ümid edirik ki, nəticəsiz qalmayacaq. Əsir götürülən əsgərlərimiz cinayətkar deyil və yolu azdıqları üçün Ermənistan tərəfə keçiblər. Bizdə olan ermənilər isə Azərbaycan ərazisinə təxribat məqsədilə gətirilib. Onların bir çoxu mühakimə edilib və müxtəlif cəzalara layiq görülüblər. Ermənistan tərəfi əsirlərlə erməni cinayətkarlarının dəyişdirilməsi məsələsini gündəmə gətirir. Görünür, İrəvan iki əsgərimizdən siyasi alver məqsədilə istifadə etməyə çalışır. Təbii ki, bu, qəbuledilməzdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın çirkin siyasi alverinə "yox" deyəcək və əsgərlərimizi əsirlikdən qurtararaq Azərbaycana təhvil verəcəklər". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR