Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əsgərimizin son zəngi: Ana, hücuma keçdik...

Əsgərimizin son zəngi: Ana, hücuma keçdik...
Sakura

Əsgərimizin son zəngi: Ana, hücuma keçdik...

Şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə yaşayıb şəhidlik məqamına yüksələn qəhrəman Sərxan!

Ens.az Axar.az-a istinadən xəbər verir ki,Sərxan Habil oğlu Həsənov: 08 mart 1999-cu ildə Tovuzun sərhəd kəndi Əlibəylidə doğulub. 2005-ci ilin sentyabr ayında Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2017-ci ilin aprel ayının 3-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 2019-cu il yanvarın 15-də snayperçi kursuna gedib. Martın 4-də N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edən kimi qulluğa başlayıb. Sərrast snayperçi bir çox “Fəxri fərman”lar alıb.

Azərbaycan Böyük Vətən müharibəsinə qumbaraatan olaraq qatılıb Sərxan. Müharibənin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra – 28 sentyabr 2020-ci ildə Əlibəyli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidimiz tək bacının tək qardaşı idi.

Şəhidimizin əmisi Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbiristanlığında dəfn olunmuşdu.

Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir.

Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub şəhidimiz, deyib: “Biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin”.

Anası ağlayınca, deyib: “Ağlama, ana. Oğlunla fəxr elə”.

Sərxan adının anlamı nədir? – Əsas anlamı kimi “Qurd, canavar” göstərilir. 21 yaşında şəhadət şərbəti içmiş, adı Sərxan olan bir əsgərdən danışırıqsa, bu mənanın necə yaraşdığı aydın görünür. Öz torpağının azadlığı uğrunda vuruşlara atılanların vətəncanlılığı, yurd eşqi örnəkdir. Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir. Hələ gənckən Vətənə bağlılığını canı, qanı ilə təsdiq edənlərin hansı mühitdə yetişməsi, necə formalaşması öyrənilməli, uşaq və gənclərin təlim-tərbiyəsində o öyrənilənlərdən faydalanılmalıdır.

Gənclərimizə eşq olsun!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR