Slimfit
  1. AZƏRBAYCAN

Əsgər kitabxanalarına kitablar təqdim olunub

Əsgər kitabxanalarına kitablar təqdim olunub
Sakura

Əsgər kitabxanalarına kitablar təqdim olunub

 Hərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, aksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib.

Çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hərbi hissələrin müasir standartlara cavab verməsi, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR