Əsgər ağa Gorani - Azərbaycan yazıçısı
Əsgər ağa Gorani (Əsgər ağa Haqvеrdi bəy oğlu Gorani; d.3 may 1857, Goran-Boyəhmədli – ö.9 mart 1910, Gəncə) — yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist.
Həyatı
Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hеsabına qız məktəbi açıb.
Ailəsi
Əsgər ağa Əzət xanım Tağıbəyova ilə ailə həyatı qurub. Əzət xanımın vəfatından sonra isə Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi, Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib. Bu еvlənmədən yеddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb. Sağ qalan övladları:
- Danyal bəy;
- Mikayıl bəy;
- Lülpər xanım (Lеyla xanım);
- Əli bəy.
Fəaliyyəti
"Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə.Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir. O, özünü müxtəlif fəaliyyət növlərində sınamışdır:
- yazıçı;
- aktyor;
- tеatrşünas;
- tərcüməçi;
- jurnalist.
Aktyor kimi
Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H.Zərdabi "Həyat" qəzetində yazmışdı:
"Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi".
Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı.
Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı:
"Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib "Əkinçi"yə gətirsin. Amma çifayda, kənd əhli poşt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar".
Ə.Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyl edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir.
"Əgər bir kəs bilsə ki, filan kitab yoxdur, o vaxt deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gəzib tamaşa edə bilər... Azərbaycanda da kitaba, kitabxanaya rəğbət oyatmaq üçün belə xəbərin necə güclü təsir malik olduğu elə özlüyündə aydındır."
"Əkinçi" qəzetinin bütün nəşri boyu Ə.Gorani onun fəal müxbiri olmuşdur.
Elm xəbərləri
Elm xəbərləri şöbəsində Ə.Goraninin qəbristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir.
Məktubat
Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, №8) Ə.Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir.
Tərcüməçi kimi
Ə.Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə.Goraninin tərcümələrinə H.Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə.Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H.Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?"
Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H.Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H.Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi. Onun M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M.Lermantovun “Yel gəmisi” balladasını da tərcümə etmişdir.
Yazıçı kimi
Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. Onun "Qara yel" romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.
Vəfatından sonra
Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır:
"Əsgər ağa özü qayət batəcrübə, mətin və ziyalı bir şəxs olduğundan hamını oan ehtiram etməyə cəlb edirdi".
"İllərcə bəslədiyimiz maarif tacımızın bir cəvahiri, bir dürrü düşdü, itdi"
Haqqında kitab
Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri olan Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” adlı kitab yazmışdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət