Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əsədullayev Asif Kamal oğlu

Əsədullayev Asif Kamal oğlu
Sakura

Əsədullayev Asif Kamal oğlu - "20 Yanvar Şəhidi"

Asif Əsədullayev (azərb. Əsədullayev Asif Kamal oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1952-ci il 12 yanvar tarixində Lənkəranın Şağlaser kəndində anadan olub. 1971-ci ildə Bakıdakı 84 nömrəli texniki-peşə məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetiini axşam şöbəsi bitirib. 1971-ci ildən 1990-cı il yanvarın 19-dək Bakı fəhləsi adına maşınqayırma zavodunda tokar işləyib. 1976-cı ildən Sov. İKP üzvü idi. Yanvarın 19-dan 20-nə keçən gecə Əmirhacıyan qəsəbəsindəki qohumlarının evindən Jiquli markalı maşını ilə Sabunçu qəsəbəsinə qayıdarkən Ramana kəndi yaxınlığında üç avtobus əsgərlə rastlaşmışdır.

Əsgərlər xəbərdarlıq etmədən maşını atəşə tutmuş, maşındakıların hər ikisi ağır yaralanmış, Asif yerindəcə ölmüş, Rəfail xəstəxanaya aparılmışdır. Asif Əsədullayevin iki övladı yadigar qalıb. Asifin ölümün səbəbi kimi göstərilmişdir: Boyun, döş, qarın boşluğunu keçib daxili üzvləri yaralayan güllə yarası, nəticədə kəskin qanitirmə. Şəhid yanvarın 20-də Lənkəran rayonunun Şağlaser kənd qəbiristanlığında dəfn edilib.

Ünvan

Bu ünvanda yaşamışdır: Bakı şəhəri, Sabunçu qəsəbəsi, Dzerjinski küçəsi, mənzil 25.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR