Əsəd qüvvələri Türkiyə ordusu ilə döyüşmək üçün şimala yönəldi
Suriya ordusu Türkiyə əsgərlərinə qarşı dirənmək üçün hərəkətə keçdiklərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın rəsmi xəbər agentliyi “SANA” yayıb.
Məlumata görə, Əsəd qüvvələri Türkiyə ordusuna qarşı dirənmək üçün Suriyanın şimalına doğru irəliləyir.
“Suriya ordusu Türiyə əsgərlərinə dirənmək üçün şimala doğru hərəkət edir” – deyə, agentliyin məlumatında deyilir.
Qeyd edək ki, daha öncə də digər televiziya kanalları Suriyanın 48 saat ərzində Münbiç və Kobani şəhərlərinə girəcəyini irəli sürmüşdü.
Münbiç strateji şəhərdir. ABŞ və Türkiyə qüvvələrinin uzun müddətdir nəzarət hüququ üçün gərginlik yaşanan şəhər digər nöqtələrə nəzarət etmək üçün vacib nöqtə sayılır.
Həşim Səhrablı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət