Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əsəd Əhmədov Cəlal oğlu

Əsəd Əhmədov Cəlal oğlu
Sakura

DOĞUM TARİXİ: 15/07/1970 VƏFAT TARİXİ: 31/07/1992

15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində müəllim ailəsində anadan olmuşdur. Doğma kənddə orta məkləbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. O, əmək fəaliyyətinə tikinti idarəsində elektrik kimi başlamışdır.

1989-cu ilin mayında hərbi xidmətə çağırılmış və Almaniyada tank qoşunları hissəsində qulluq etmişdir. Əsəd hərbi xidmətdən sonra Bakıya qayıtmış, inşaat idarəsində öz peşəsində çalışmışdır.

Ermənistan işğalçı ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarının genişlənməsi Ə.Əhmədovu da Vətənin müdafiəsinə qaldırdı. O, Nəsimi rayon hərbi komissarlığının çağırışı ilə 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.

Elə həmin vaxtdan başlayaraq o, Şuşa rayonunun Zarıslı, Salatınkənd və Turşsu məntəqələrində gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. O, Laçın ətrafında 28 nəfər əsir düşmüş soydaşımızın azad edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Əsəd Əhmədov 1992-ci ilin iyulunda Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuş, komandiri olduğu tank ilə düşmənin atəş nöqtələrinin məhv edilməsində igidlik nümunəsi göstərmişdir. O, iyulun 31-də Papravənd kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR