Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əsəbləri sakitləşdirir, qan artırır, iştah açır.. - Xurmanın bitməyən faydaları

Əsəbləri sakitləşdirir, qan artırır, iştah açır.. - Xurmanın bitməyən faydaları
Sakura

Oktyabr və noyabr aylarında yetişən xurmanın faydaları haqda nə bilirsiniz?

Oktyabr və noyabr aylarında yetişən xurmanın faydaları haqda nə bilirsiniz?

Axşam.az xarici KİV-ə istinadən bu barədə məlumat verir:

Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C  vitaminləri ilə zəngindir. Antioksidantları xüsusilə vurğulamaq lazımdır. Çünki antioksidantlar bədənə düşən toksinləri, zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. 

Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur. 

Xurma eyni zamanda qansızlıq, vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır. Davamlı yeyildikdə ishalı kəsmək, iştah açmaq, mədə qastritinin qarşısını almaq, bağırsaq iltihabını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. 

Həzm fəaliyyətini asanlaşdırır. Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə də müsbət təsir göstərir. Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir. Xurma müxtəlif vitaminlərlə zəngin olduğundan hamilə xanımlara da faydalıdır. 

Tərkibindəki A vitamini bədənin müqavimətini artırır, dəmir isə qan azlığı baxımından faydalıdır. Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR