Dərc edildi: Baxış sayı: 694
Ərzaq qızardarkən zeytun yağının keyfiyyəti dəyişirmi? - Araşdırma
İspan və braziliyalı alimlər yemək qızardarkən, zeytun yağının tərkibindəki polifenolların (yağı orqanizm üçün faydalı edən antioksidant birləşmələr – red.) qalıb-qalmadığını müəyyənləşdirmək üçün təcrübə aparıblar.
“Antioxidants” jurnalına əsasən, eskperiment zamanı alimlər ərzaqları aşağı və yuxarı temperaturda qızardıblar.
Məlum olub ki, yağ 120 °C temperaturda polifenollarının 40%-ni, 170 °C-də isə 75%-ni itirib.
“Qızardıldıqdan sonra polifenolların azalmasına baxmayaraq, yağda onların miqdarı hələ də Aİ standartlarına uyğun səviyyədə qalıb. Bu o deməkdir ki, yağ faydalı xüsusiyyətlərini itirmir”, – deyə məqalənin müəllifi Xullian Lozano-Kastellyon bildirib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət